"Sönük oyun getdi. İstərdim ki, daha aktiv, dinamik futbol olsun. Hava şəraiti, bəzi qərarlar oyunun tempini aşağı salırdı. Komandam üçün faydalı matç oldu. Bir neçə mövqe səhvlərinə yol verdik. "Qəbələ"yə uğurlar arzulayıram".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 31-ci turunda "Qəbələ" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, növbəti turda qarşılaşacaqları "Sumqayıt"la matç barədə söyləyib: "Sumqayıtda oynamaq həmişə xoşdur. Onlar yaxşı oyun göstərir və yaxşı formaya çatıblar. Maraqlı oyun olacaq. Yeni stadionda olmamışıq, yaxşı azarkeş toplumu olacaq. Məncə, azarkeşlər üçün də maraqlı matç keçəcək".
Mütəxəssis "Beşiktaş"ın baş məşqçisi vəzifəsinə namizəd olması haqda bildirib: "Bu barədə çox fikir bildirmək istəmirəm. İki aydır söz-söhbətlər çoxdur. Bunu xoşlamıram. Bu barədə danışmasaq, daha yaxşı olar. Çünki, bildirilən hər fikir əlavə suallar doğurur. Sakitlikdir".
Q.Qurbanov komandanın oyuna kökləməyin çətin olub-olmadığı ilə bağlı sualı belə cavablandırıb: "İş saatım eyni olaraq qalır. Bəzi detallar var, ora daha çox vaxt ayırırıq. Bir az elə dəyişikliklər var. Çalışırıq ki, rotasiyalar edək, hər oyunçunun təcrübəsi olsun, formasından uzaqlaşmasın. Proqram üzrə gedirik. İş prinsiplərimizi qorumağa çalışırıq".
O, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov gələcəkdə "Qarabağ"ı çalışdırmaq istədiyini deməsi fikrinə də münasibət bildirib: "Çox yaxşı, çox xoş. Hər kəsə uğurlar arzulayıram".
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov