"Barselona"nın baş məşqçisi Xavi Ernandes Çempionlar Liqasının 1/4 finalının PSJ ilə cavab matçından sonra hakim idarəçiliyindən narazılığını bildirib.
QOL.az xəbər verir ki, o, 1:4 hesablı məğlubiyyəti şərh edərkən matçın baş hakimi İstvan Kovaçın yanlış qərarlar verdiyini bildirib:
“Biz qəzəbliyik. Arauxonun hərəkəti qırmızı vərəqəlik deyildi. Mən belə düşünürəm. Meydanda 10 futbolçumuzun qalması bir fəlakət idi. Hakim hər şeyi məhv etdi. On nəfərlə oynamaq çox çətindir. Təəssüf ki, bütün mövsümdəki işimiz hakimin qərarı ilə başa çatdı. Hakimlər haqqında danışmağı xoşlamıram, amma bunu deməliyik, susmaq olmaz. "Barselona" yenidən cəhd edəcək. Çempionlar Liqasında çox layiqli oyunlar keçirdik".
Xatırladaq ki, matçın 29-cu dəqiqəsində - "Barselona" hesabda 1:0 öndə olarkən Ronald Arauxo qırmızı vərəqə ilə cəzalandırılıb. Daha sonra Xavi, bir müddətdən sonra isə onun köməkçisi qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb. Arauxonun qovulmasından sonra üstünlüyü ələ alan PSJ 4 qol vurub və yarımfinala yüksəlib. Komandaların Parisdəki oyunu "Barselona"nın 3:2 hesablı qələbəsi ilə başa çatmışdı.
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı