Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
QOL.az xəbər verir ki, ilk gündə 2 cavab görüşü keçirilib.
"Barselona" ilk oyunda 3:2 hesabı ilə qalib gəldiyi PSJ ilə bu dəfə evdə qarşılaşıb. Paris təmsilçisi 4:1 hesablı qələbə qazanarak növbəti mərhələyə yüksəlib. Digər matçda Dortmund "Borussiya"sı "Atletiko" ilə üz-üzə gəlib. İlk görüşdə Madrid təmsilçisi 2:1 hesablı qələbə qazansa da, Almaniya klubu cavab qarşılaşmasında rəqibini 4:2 hesabı ilə məğlub edərək yarımfinala adını yazdırıb.
Yarımfinalda PSJ və "Borussiya" üz-üzə gələcək.
Qeyd edək ki, 1/4 finalın digər 2 cavab oyunu sabah keçiriləcək.
UEFA Çempionlar Liqası, 1/4 final mərhələsi, cavab oyunları
16 aprel
23:00. "Barselona" - PSJ - 1:4
Qollar: Rafinya, 12 (1:0), Dembele, 40 (1:1), Vitinya, 54 (1:2), Mbappe, 61-pen. (1:3), 89 (1:4)
Qırmızı vərəqə: Arauxo ("Barselona")
Hakimlər: İstvan Kovaç, Vasile Florin Marinesku, Mihai Ovidiu Artene, Horațiu Mirsea Feșniç (hamısı Rumıniya)
İlk oyun - 3:2
23:00. "Borussiya" (Dortmund) - "Atletiko" - 4:2
Qollar: Brandt, 43 (1:0), Maatsen, 39 (2:0), Hummels, 49-avtoqol (2:1), Korrea, 64 (2:2), Fülkburq, 71 (3:2), Sabitzer, 74 (4:2)
Hakimlər: Slavko Vinçiç, Tomaz Klançnik, Andraz Kovaçiç, Matey Yug (hamısı Sloveniya)
İlk oyun 1:2
17 aprel
23:00. "Mançester Siti" - "Real"
İlk oyun - 3:3
23:00. "Bavariya" - "Arsenal"
İlk oyun - 2:2
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə