Son günlər mediada növbəti mövsüm Azərbaycan Premyer Liqasında yarışacaq komanda sayının artırılacağı, liqanın formatının isə dəyişdiriləcəyinə dair məlumatlar artmaqdadır.
Qeyd edək ki, ilk olaraq aprelin əvvəlində QOL.az saytına yayımlanan yazıda yeni mövsüm üçün Premyer Liqada komanda sayının artırılaraq 10-dan 12-yə çatdırıla biləcəyi qeyd edilib. Həmin yazıda qeyd olunurdu ki, bununla bağlı məsələ bir müddətdir müzakirə olunur. Yəni söhbət AFFA prezidentliyinə keçirilən seçkidən öncəyə gedib çıxır.
Qeyd edək ki, AFFA-nın yeni prezidenti Rövşən Nəcəf jurnalistlərə sonuncu açıqlamasında da komanda sayı və çempionatın formatı ilə bağlı məsələnin müzakirə olunacağını etiraf edib.
Bununla bağlı müzakirənin AFFA İcraiyyə Komitəsinin yeni tərkibinin növbəti iclasında müzakirə olunacağı gözlənilir. Həmin iclasda isə iştirakçı komandaların sayı və çempionatın yeni formatına dair qərar veriləcəyi istisna deyil.
AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli yayılan məlumatlarla əlaqədar QOL.az saytının sorğusuna cavab verib. O bildirib ki, İcraiyyə Komitəsinin növbəti iclası mayın əvvəlində keçirilməlidir. Lakin dəqiq tarix hələ müəyyənləşməyib. O, çempionatla bağlı mümkün müzakirəyə və qərara dair suala cavabında isə bildirib ki, bu, İK-nin səlahiyyətində olan məsələdir: "Hələ ki, İcraiyyə Komitəsinin gündəliyi açıqlanmayıb, ümumiyyətlə, iclasın dəqiq tarixi də bəlli deyil. Bu məsələ rəsmiləşən kimi ictimaiyyətə məlumat verəcəyik".
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin üzvü olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da dünən "Sabab"la oyundan sonra jurnalistin bu mövzuda sualını cavablandırıb. O, komanda sayının artmasına tərəfdar olduğunu söyləyib: "Böyük futbol ölkəsi olmaq üçün əvvəlcə komanda sayı artmalıdır. Buna ehtiyac var. Futbolu sevdirmək lazımdır. Bu gün oyunlarımıza 2000-3000 azarkeş gələndə sevinirik. Komanda sayı çox olsa, azarkeş kütləsi də artacaq. Bunlar çox vacibdir. Amma bundan da vacibi keyfiyyətdir. Düzgün qərar verilməlidir. Çətinliklər həmişə olur. Gedişatda bunu düzəltmək olar. Yaxşı layihə qurulsa, futbolu canlandıra bilərik. Sabah 4-5 komanda çempionata gələcəksə, onların problemi olmayacaqsa, böyük məmnuniyyətlə, buna razıyam. Niyə bizdə 16-18 komanda olmasın? Bir komandaya qarşı 4 dəfə oynamaq azarkeş üçün bəlkə də maraqlıdır. Amma bizim üçün maraqsızdır. Kuboku da nəzərə alsaq, 6 dəfə olur".
Ramiq Ağaməmmədov
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə