2024/25 mövsümü üçün Azərbaycan Premyer Liqasında oynayacaq komanda sayı artırıla bilər.
QOL.az-ın əldə etdiyi xəbərə görə, bununla bağlı məsələ bir müddətdir müzakirə olunur. Yəni söhbət AFFA prezidentliyinə keçirilən seçkidən öncəyə gedib çıxır.
Məlumdur ki, hazırda iştirakçı komandaların sayı 10-dur. Yeni mövsümdən isə bu sayın 12-ə çatdırılacağı ilə bağlı məsələ gündəmdədir. Belə bir qərarın verilməsi həm də AFFA-nın yeni rəhbərliyinin Azərbaycanın futbol ictimaiyyəti üçün yaxşı bir hədiyyəsi kimi də qəbul olunacaq. Bu jest isə azarkeşlər arasında yalnız müsbət qarşılana bilər. Unutmayaq ki, AFFA-nın keçmiş rəhbərliyinin dövründə Azərbaycanda klub sayı sürətlə azalmağa doğru gedib. Əlbəttə, məntiqlidir ki, yeni rəhbərlik isə problemi aradan qaldırmağa və sayı artırmağa cəhd edəcək.
Qeyd edək ki, AFFA-nın yeni prezidenti Rövşən Nəcəf bugünlərdə jurnalistlərə açıqlamasında komanda sayı və çempionatın formatı ilə bağlı məsələnin müzakirə olunacağını etiraf edib. O bildirib:
"Müzakirə olunacaq məsələlərdən biri də çempionatın formatı və klub sayına yenidən baxılması olacaq. Bu gün hansısa qərar yoxdur. Buna zaman olmayıb".
Məlumata görə, bu gün üçün yeni mövsümlə bağlı qəti fikirin söylənilməməsinin başlıca səbəbi maliyyə məsələləri ilə əlaqədardır. Yəni SOCAR tərəfindən yeni mövsüm üçün futbola ayrılacaq vəsaitin məbləği təsdiqlənməyib. Lakin məbləğin artacağı ehtimalı yüksəkdir.
Qeyd edək ki, hazırda dövlət tərəfindən Azərbaycan Premyer Liqasında iştirak edən 10 klubun hər birinə 3 milyon manat ayrılır. Bu, bir mövsüm üçün 30 milyon manat deməkdir. Yeni mövsümdə isə Premyer Liqa iştirakçıları üçün 36 milyon manat ayrılacağı nəzərdə tutulur. Bu isə birinci diviziondan əlavə 2 komandanın Premyer Liqaya yüksəlməsi istiqamətində mühüm dəstək olacaq. Belə olacağı halda, bu mövsüm Premyer Liqanı heç bir klub tərk etməyəcək. Yəni gözlənilən mümkün qərar indiki halda ən çox "Qəbələ"nin işinə yarıyacaq.
Məlumdur ki, "Qəbələ" əla bir infrastruktura malikdir. Bizdə olan məlumata görə, AFFA-nın yeni rəhbərliyi də belə bir infrastruktura və yaxşı uşaq futbol akademiyasına malik klubun çempionatı tərk etməsində maraqlı deyil. Odur ki, həm bu, həm də Azərbaycan çempionatına marağın artması və inkişafı üçün yeni mövsümdə liqaya 12 komandanın buraxılması ehtimalı yüksəkdir.
Məsələ ilə bağlı qəti qərar isə AFFA İcraiyyə Komitəsinin növbəti iclasında verilə bilər.
ELNUR
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə