"Futbolçularıma təşəkkür edirəm. Azarkeşlərlər üçün maraqlı oyun oldu. Rəqibin əvvəlki müsahibələrinə qulaq asmışdıq, istəkli idilər. Biz də ciddi yanaşmışdıq".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ölkə kubokunun yarımfinal mərhələsinin "Neftçi"yə qarşı keçirilmiş ilk oyunundan sonra mətbuat konfransında deyib.
O, 4:0 hesablı səfər qələbəsini belə şərh edib: "İki fərqli hissə oldu. İlk 45 dəqiqədə üç qol vursaq da, ikinci hissədə qol epizodlarımız daha çox idi. Amma həmin epizodlara qeyri-ciddi yanaşmaqlarına görə narazı qaldım. İndi də futbolçularımla söhbətim oldu. Fikirlərimi bildirdim. Oyunlara baxıb, epizodları daha geniş müzakirə edəcəyik. Bu günə qədər çox gərgin oyunlar keçiriblər. Fiziki və psixoloji yorğunluq var. Bu, bizim işimizdir. Hər oyuna ciddi yanaşmalı, keyfiyyətimizi qoruyub-saxlamalıyıq. Bu oyunun bizə nəticə baxımından və digər detallar sarıdan yaxşı faydası olacaq. "Neftçi"yə uğurlar arzulayıram. Stadionda əsl aristokrat azarkeşlər var idi".
Toral Bayramovu yarımmüdafiə mövqeyində oynadan baş məşqçi onun çıxışı haqda da danışıb: "Statistikaya baxsaq, yaxşı oyun göstərdi. Əvvəllər də o mövqedə onu oynatmışıq. Əslində, o, əvvəllər bu mövqedə oynayıb, o bacarığı var. Bu gün daha keyfiyyətli oynayır. Amma qollara baxsaq, fərqli düşünərik. Ancaq digər epizodlara baxsaq, mövqe səhvləri var idi. Daha da bərk olmalıdır. Bunu mütləq bacarmalı, yaxşılaşdırmalıdır. Onu meydana əsas heyətdə buraxdıq, imkanlarından düzgün istifafə edə bildik. Daha diqqətli, məsuliyyətli olmalıdır".
Q.Qurbanov son günlər "Qarabağ"ın futbolçularına xarici klublardan təkliflər gəlməsi xəbərlərinə də münasibət bildirib: "Dəfələrlə bildirmişəm ki, şan-şöhrətə tab gətirmək, dözmək çətindir. Amma klubumuza rəsmi təklif yoxdur. Məni narahat edən məqam da odur ki, çox yazılar olur, çox fikirlər bildirilir. Ayrı-ayrı futbolçularda hiss olunur ki, sanki onlara təkliflər çoxdur. Bəlkə bilmədiyimiz məqamlar var. Amma düzünü desəm, mən bunu meydanda da hiss edirəm. Əfsuslar olsun. Təkbətək danışanda fərqli cavablar alıram. Amma özlərini oyuna nə qədər hazırlaşdırsalar da, meydanda əvvəlki aqressiyası olmur. Bu da normal haldır. Hamımız bunu keçmişik. Yaxın vaxtlarda bunu aradan qaldıracağıq. Futbolçularım peşəkardır. Hamısı yaxşı insanlardır, sözə qulaq asan, əməl edən idmançılardır. Amma belə hallar olur".
AFFA İcraiyyə Komitəsinə üzv seçilən Q.Qurbanov "Gələcəklə bağlı AFFA rəhbərliyi ilə danışmısınız" sualını da cavablandırıb: "Mənə inanan hər kəsə təşəkkür edirəm. Öz etimadlarını göstərirlər. Digər tərəfdən burada kollektiv müzakirə olunacaq fikirlər var. Hərənin öz təklifi ola bilər və bu da müzakirə olunacaq. Bu günə görə fikir bildirə bilmərəm. Çünki ilk görüş sadəcə formal xarakter daşıyırdı. Bir ay ərzində yenidən bir araya gələcəklər və onda ilk müzakirələr başlanacaq. Gələcək üçün hədəf orada bildiriləcək. Bu məlumatlar mən tərəfdən yox, federasiya tərəfdən veriləcək. Razı və yaxud da narazı, fikir bildirmək lazım olarsa, bunu bildirəcəyik. Yeni heyətə uğurlar arzulayıram".
Baş məşqçi adının "Latsio" və digər klublarla yanaşı hallanması haqda da fikir bildirib: "Bu barədə çox danışmağa ehtiyac yoxdur. Mən öz fikirlərimi yayındırmaq istəmirəm. Uzaqdan-uzağa hansısa xəbər göndərirlər ki, olsa necə idi? Mənim cavabım qətidir, "Qarabağ"dayam. O haqda düşünmürəm".
Q.Qurbanov Çempionlar Liqasının reqlamentindəki dəyişiklikdən sonra onlar üçün elə də çətinlik olmayacağını deyib: "Format dəyişilib. Amma dəyişilən nöqtəyə kimi eynidir. Biz qarşımıza ÇL-in qrupuna düşmək hədəfi qoyuruqsa, 8 oyunda qalib gəlməliyik. Biz hər turnirdə maksimum yaxşı iştirak etməyi qarşıya hədəf qoymuşuq. Komandanı ilk olaraq turnirə kimi sağlam qoruyub-saxlamalıyıq".
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi
Tomas Müllerlə müqavilə uzadıldı
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”