Bu gün futbol üzrə Avropanın üç klub turnirində 1/4 və 1/2 final mərhələlərinin püşkü atılacaq.
QOL.az xəbər verir ki, UEFA-nın İsveçrədəki qərargahında təşkil olunacaq tədbirdə əvvəlcə Çempionlar Liqasındakı cütlüklər müəyyənləşəcək. Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Qeyd edək ki, hər üç turnirdə 1/4 finalda bir ölkədən eyni komandalar, eləcə də qrupda qarşılaşmış komandalar bir-birlərini rəqib ola bilərlər.
Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanmış komandalar:
"Arsenal" (İngiltərə)
"Atletiko" (İspaniya)
"Bavariya" (Almaniya)
"Barselona" (İspaniya)
"Borussiya" Dortmund (Almaniya)
"Mançester Siti" (İngiltərə)
"Pari Sen-Jermen" (Fransa)
"Real" (İspaniya)
1/4 final matçları 9/10 aprel və 16/17 apreldə, yarımfinal oyunları isə 30 aprel/1 may və 7/8 may tarixlərində keçiriləcək.
Bakı vaxtı ilə saat 16:00-da isə Avropa Liqasının 1/4 və 1/2 final mərhələlərinin püşkatma mərasimi başlanacaq.
Avropa Liqasında 1/4 finala vəsiqə qazanmış komandalar:
"Atalanta" (İtaliya)
"Roma" (İtaliya)
"Bayer" (Almaniya)
"Liverpul" (İngiltərə)
"Benfika" (Portuqaliya)
"Milan" (İtaliya)
"Olimpik Marsel" (Fransa)
"Vest Hem" (İngiltərə)
1/4 final matçları 11 aprel və 18 apreldə, yarımfinal oyunları isə 2 may və 9 may tarixlərində keçiriləcək.
Nəhayət, Bakı vaxtı ilə saat 17:00-da isə Konfrans Liqasında 1/4 və 1/2 final mərhələlərinin püşkatma mərasiminə start veriləcək.
Konfrans Liqasında 1/4 finala vəsiqə qazanmış komandalar:
"Viktoriya" (Çexiya)
"Aston Villa" (İngiltərə)
"Brügge" (Belçika)
"Fənərbaxça" (Türkiyə)
PAOK (Yunanıstan)
"Lill" (Fransa)
"Fiorentina" (İtaliya)
"Olimpiakos" (Yunanıstan)
1/4 final matçları 11 aprel və 18 apreldə, yarımfinal oyunları isə 2 may və 9 may tarixlərində keçiriləcək.
Həyat yoldaşı vəfat etdi
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə