"Sassuolo" və İtaliya millisinin cinah oyunçusu Domeniko Berardi Axilles vətərini cırıb.
QOL.az A seriyası təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, əməliyyat olunacaq. Bu səbəbdən futbolçu 6 ay yaşıl meydanlardan kənarda qalacaq. Beləliklə, Berardi 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının oyunlarında iştirak edə bilməyəcək.
Berardi 2018-ci ildən İtaliya millisində çıxış edir. Milli komandanın tərkibində müdafiəçi 2020-ci il Avropa çempionatının qalibi olub.
Bu mövsüm futbolçu "Sassuolo"nun heyətində bütün turnirlərdə 18 oyuna çıxıb, 9 qol vurub və 3 qolun ötürməsini verib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video
2026-cı ilin "İdman səfirləri" bəlli oldu
FİFA-dan İran Futbol Federasiyasına cavab gəldi
2-ci liqada liderlər rəqiblərini darmadağın etdi
“Qarabağ”ın qapıçısı Polşa millisinə çağırılacaq