Bir müddət zədəli olan "Braqa"nın yarımmüdafiəçisi Bruma komandası ilə Bakıya gəlib.
QOL.az xəbər verir ki, 29 yaşlı futbolçu dizindəki problemlər səbəbindən komandasının son 5 matçını (4-ü Portuliya liqası, 1-i Avroliqada "Qarabağ"la görüş) buraxmalı olub.
O, 9 oyuna 5 qolla bu mövsüm komandasının avrokuboklardakı bombardiridir. Portuqaliya millisinin tanınmış üzvü qollardan 2-ni Çempionlar Liqasının qrup, 3-nü təsnifat mərhələsində vurub. O, ÇL-in qrup mərhələsində “Napoli” və Berlin “Union”u ilə oyunlarda qol vurmağı bacarıb. Bruma avrokuboklarda 2 qolun ötürməsini də edib.
Onun bu gün "Qarabağ"la matçda iştirak etmək ehtimalı var.
"Braqa"nın baş məşqçisi Artur Jorje dünən Bakıda keçirdiyi mətbuat konfransında Brumanın "Qarabağ"la oyunda iştirak edib-etməyəcəyinə dair sualı da cavablandırıb. Mütəxəssisin sözlərinə görə, futbolçu onun bu oyun üçün planları daxilindədir:
"O, bizimlə istədiyimizdən daha az məşq edib. Çünki fiziki vəziyyəti buna imkan vermirdi. Bununla belə, biz onu bura gətirmişik. Çünki lazım gələrsə, ona arxalana bilərik. O, çox həyəcanlı və motivasiyalıdır. Ona görə ki, uzun müddət oynamayıb. Bruma yenidən oynamaq və komandaya kömək etmək istəyir. Bu səbəbdən onu gətirdik. Düzdür, hazırda Bruma belə səviyyəli matçda fiziki cəhətdən gözlədiyimiz oyunu tam göstərməyə hazır deyil. Amma matça daxil olarsa onun komandasına kömək etmək gücü var".
"Braqa"nın kapitanı Rikardo Horta isə zədə səbəbindən bugünkü görüşü buraxmalı olacaq. Artur Jorjenin dediyinə görə, Horta son gunlər özünü yaxşı hiss etmirdi: "Biz düşündük ki, risk etmək lazım deyil. Çünki biz təkcə bu matçı yox, digər oyunları da düşünürük".
Xatırladaq ki, "Qarabağ" - "Braqa" matçı bu gün yerli vaxtla saat 21:45-də başlanacaq. Bu komandaların Portuqaliyadakı ilk görüşündə Ağdam təmsilçisi 4:2 hesabı ilə qələbə qazanıb.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı