Bu gün Azərbaycan Premyer Liqasında final mərhələsinin ilk turuna yekun vurulub. Qol.Az saytının məlumatına görə, hər “altılığ”da 2 matç baş tutub. Futbol ictimaiyyətinin əsas diqqəti ilk “altılıq” oyunlarına yönəldiyindən “Turan” – “Gəncə” və MOİK – “Qəbələ” qarşılaşmaları o qədər də böyük maraq kəsb etməyib. Qərb derbisində az-çox prinsipiallıq varsa “Bakı”nın bazasına sığınan “hərbçilər”in hər qazandığı xal böyük sensasiya sayılacaqdı. Və belə də oldu. MOİK "Qəbələ"ylə oyunda bir xal əldə edə bildi.
Çempionluğa ən real namizədlər “Neftçi” ilə “Xəzər Lənkəran” bu turda səfər oyununa çıxıblar. “Qarabağ”ın səfərdə “İnter”i məğlub etməsindən sonra ağdamlılar liderlərə lap yaxınlaşıb. Bu da az əvvəl kubokda da münasibətlərini ayırd edən klubları qələbə qazanmağa məcbur edirdi.
Artıq növbəti turda qarşılaşacaq “Neftçi” ilə “Xəzər Lənkəran” indidən xal ehtiyatını artırmalı idi ki, “Böyük oyun”a da rahat və yaxşı əhval-ruhiyyədə çıxsınlar. Prinsipial rəqibi ilə müqayisədə meydana daha tez çıxan “Xəzər Lənkəran” ən azı bir neçə saatlıq lider ola bilərdi. Amma AZAL “Xəzər Lənkəran”ın istəyinə imkan verməyib. Görüşü qələbə ilə başa vuran "təyyarəçilər" medallara iddiasını ortaya qoyub.
Bakı derbisinin maraqlı və gərgin mübarizə şəraitində keçəcəyi gözlənilirdi. Bu ildən “Bakı”nı çalışdıran latviyalı Aleksandr Starkov ilk dəfə “Neftçi” ilə görüşüb. Onun almaniyalı sələfi Vinfred Şafer flaqmana evdə uduzmuş, səfərdə bunun əvəzini eyni hesabla çıxmışdı. “Neftçi” növbəti qələbəsini qazacağı halda, liderliyini xeyli möhkəmlədəcək, “Bakı” isə 6-cı pillədəki yerində saymalı olacaqdı. Görüşün taleyini isə bir qol həll edib. 8-ci dəqiqədə Flavinyo iki müdafiəçini keçdikdən sonra topu topa qovuşdurub. Bundan 7 dəqiqə sonra Jaba "Neftçi"nin qapıçısı Rauf Mehdiyevlə təkbətək çıxıb. İkili mübarizədə yerə yıxılan "Bakı"nın braziliyalı futbolçusunun israrına baxmayaraq, baş hakim Əfqan Həmzəyev penalti təyin etməyib.
Qalan müddətdə hesab dəyişməyib. Beləliklə, "Neftçi" minimal hesablı qələbə qazanıb və ən yaxın izləyicisi "Xəzər Lənkəran"dan 4 xal aralanıb. Növbəti turda bu iki komanda Lənkəranda üz-üzə gələcək.
13 mart
16:00. "Bakı" - "Neftçi" - 0:1 (İkinci hissə)
Qol: Flavinyo, 8
Hakimlər: Əfqan Həmzəyev, Roman Vasilyev, Eldar Nağıbəyov, Rəhim Həsənov
Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyunlar – 0:2, 2:0
14:00. "Turan" - "Gəncə" - 1:0
Qol: Yasin Abbasov, 27
Hakimlər: Anar Salmanov, Aydın Ələkbərov, Zeynal Zeynalov, Hacıəli Ağayev
Tovuz. Şəhər stadionu
İlk mərhələdəki oyunlar – 1:1, 2:1
14:00. MOİK - "Qəbələ" - 1:1
Qollar: Deon Barton, 50 (0:1), Emin Cəfərquliyev, 55 (1:1)
Hakimlər: Əliyar Ağayev, Ramiz Əsədov, Coşqun Həsənov, Feyzulla Feyzullayev
Bakı. “Bakı” klubunun təlim-məşq bazasının stadionu
İlk mərhələdəki oyunlar – 0:0, 0:3
14:00. AZAL - "Xəzər Lənkəran" - 1:0
Qol: Enyo Krastovçev, 76
Hakimlər: Rövşən Əhmədov, Habil Əliyev, Yaşar Abbasov, Elvin Əsgərov
Bakı. "Şəfa" stadionu
İlk mərhələdəki oyunlar – 0:1, 1:2
12 mart
"İnter" - "Qarabağ" - 0:2
Qollar: Rauf Əliyev, 58; George Adamiya, 74
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Azər Əsgərov, Elnur Muradov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Kərim Ağayev
"Şəfa" stadionu. Saat 16:00
"Simurq" - "Muğan" - 1:3
Qollar: Mario Santana, 57 // Cavad Mirzəyev, 45; Hüseyn Axundov, 55; George Qulordava, 90+4
Hakimlər: Ceyhun Haşımov, Rahil Ramazanov, Samir Hacıyev, Rasim Məmmədov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Əmir Zamanov
Zaqatala şəhər stadionu. Saat 14:00
| Komanda | O | Q | H | M | Qollar | Xallar | |
| 1 | Neftçi | 23 | 15 | 6 | 2 | 41-9 | 51 |
| 2 | Xəzər Lənkəran | 23 | 14 | 5 | 4 | 28-13 | 47 |
| 3 | Qarabağ | 23 | 14 | 3 | 6 | 32-14 | 45 |
| 4 | İnter | 23 | 12 | 4 | 7 | 24-18 | 40 |
| 5 | AZAL | 23 | 10 | 9 | 4 | 28-16 | 39 |
| 6 | Bakı | 23 | 9 | 6 | 8 | 28-22 | 33 |
| 7 | Qəbələ | 23 | 8 | 8 | 7 | 20-15 | 32 |
| 8 | Muğan | 23 | 8 | 6 | 9 | 17-24 | 30 |
| 9 | Gəncə | 23 | 5 | 9 | 9 | 23-28 | 24 |
| 10 | Turan | 23 | 4 | 6 | 13 | 18-35 | 18 |
| 11 | Simurq | 23 | 2 | 6 | 15 | 13-37 | 12 |
| 12 | MOİK | 23 | 1 | 4 | 18 | 7-48 | 7 |
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?