"Bayer”in, oradakı futbolçuların uğuruna sevinirəm. Orada həkimlər və məşqçilər heyəti də daxil olmaqla bir çox insanı tanıyıram. Demək olar ki, eyni adamlar orada qalıb”.
QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Andrey Lunyov sabiq komandası “Bayer” barədə danışarkən “RB-Sport”a bildirib.
O, bu komandadan getməklə bağlı “məyusluğu varmı” barədə suala cavabında deyib: “Bu suala “bəli”dən çox, “yox” cavabı verərdim. Elə bir dövr oldu ki, gözləntilərim, ümidlərim doğrulmadı, arzularım reallaşmadı. Eybi yox, indi başqa istiqamətdəyəm. Mənim həyatımda yeni səhifə açılıb. Əlimdə olandan maksimum yararlanmağa çalışıram”.
32 yaşlı qapıçı indi “Bayer”də oynasaydı oyun şansı qazana bilməsinin mümkünlüyü barədə danışarkən bildirib: “Onlar həm Almaniya kubokunda, həm də Avropa Liqasında şans verdikləri ikinci qapıçı götürdülər. Bəlkə mənim də belə bir imkanım olardı. Başqa bir məqam isə odur ki, “Bayer”dəki iki ildə sırf müalicə və sağalmağa görə bir ildən çox vaxt itirdim. Bu, xoşagəlməz məqamdır”.
Hazırkı durumu barədə danışan Lunyov bildirib ki, “Qarabağ”ın heyətində “Bayer”lə Bakıdakı Avroliqa oyununda Bonifase ilə toqquşmadan sonra problemləri var: “Lakin onlar kritik deyil və oynamağa imkan verir. Ağrıya dözmək olur. Sadəcə, tam sağalmam üçün bir az vaxt lazımdır. Ümid edirəm ki, hazırkı istirahət faydalı olacaq və yüklənmə olmadığından dizim daha tez sağalacaq. İdman formama gəlincə, düşünürəm ki, oyun tonusum qayıdıb. Üzərimdə işləyərək, inkişaf edirik. Karyeramda yeni bir mərhələ başlayıb, indi təcrübə baxımından itirilənləri qaytarmaq lazımdır. Hər halda iki il oynamamaq asan deyildi. Əsas odur ki, zədələr təkrarlanmasın. Ona görə də ilk növbədə fərdi məşqlərdə müəyyən düzəlişlər edilib”.
Xatırladaq ki, Lunyov 2021-2023-cü illərdə “Bayer”in oyunçusu olub. Bu müddət ərzində o, üç rəsmi oyun keçirib. 2023-cü ilin yayında isə qapıçı “Qarabağ”a transfer olunub.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə