“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırovun QOL.az saytına müsahibəsi
- Mövsümün ilk yarısı üçün komandanızın çıxışını necə qiymətləndirirsiniz?
- Çempionata yaxşı start verməsək də, 2-ci dövrə demək olar ki, bizim istədiyimiz kimi keçdi. Son turda “Turan Tovuz”a uduzmasaydıq, qış fasiləsinə daha yaxşı yerdə gedə bilərdik. Çatışmayan cəhətlər var. Onların öhdəsindən gələ biləcəyik. Ümumilikdə ilk iki dövrəni yaxşı keçirdiyimizi demək olar. Şükürlər olsun ki, heç bir zədəli oyunçumuz yoxdur. Hər şey qaydasındadır. Güclənə bilsək, mövsümün ikinci yarısını daha yaxşı keçirmək istəyirik.
- “Araz-Naxçıvan” qış fasiləsinə 6-cı pillədə yollandı. Bu yer komandanın gücünə uyğundur, yoxsa daha irəlidə ola bilərdiniz?
- Biz son oyunda qələbə qazansaq, ya da heç-heçə etsəydik, indi 2-ci və ya 3-cü pillədə olardıq. Çünki bizi hazırda 2-ci yerdən 3 xal ayırır. Hələ ki, böyük ölçüdə qaliblər siyahısında varıq. Qışdan sonra daha hazırlıqlı olub istəyimizə çatmağa çalışacağıq. Biz mövsümün ilk yarısında ən çətin rəqiblərlə daha yaxşı oynamışıq, nisbətən zəif hesab etdiyimiz komandalarla oyunlarda isə xallar itirmişik. Bu da bizi düşündürür. Fasilədə bunun üzərində çalışıb hər hansı qərarlar verəcəyik. Təbii ki, yeni yaradılmış komanda olduğumuzaa görə səhvlərimiz də var. Bunsuz mümkün deyil.
- Bu günə qədər komandada nədən razı, nədən narazısınız? Nələri dəyişmək fikriniz var?
- Oyunların statistikasına baxanda görürük ki, bəzən nəticəsi bizim üçün yaxşı olmayan matçlarda rəqibdən üstün olmuşuq. Əsas olan isə nəticədir. Hücumda olan rəngarəngliyi dəyişmək istəyirik. Yəni bəzi taktiki və texniki detallar var ki, üzərində işləyəcəyik. Əsas qol epizodlarını dəyərləndirmək məsələsidir. “Turan Tovuz”la oyunda 3-4 yüzfaizli qol epzodumuz oldu ki, dəyərləndirə bilmədik. Səfərdə oynayırsan və istər-istəməz qol imkanlarını boşa verəndə öz qapında qol görürsən.
- Belə başa düşdüm ki, komandada işlər gedir, amma vaxta ehtiyac var.
- İşlər görülür və nəticəsi də əlbəttə ki, var. Bu gün heç kim deyə bilməz ki, “Araz-Naxçıvan”da hər hansı dəst-xətt yoxdur. Sadəcə olaraq bunu təkmilləşdirmək, daha yaxşı səviyyəyə çatdırmaq lazımdır.
- Qış fasiləsində yeni transfer olacaq?
- İstəyirik. Hücum xətti üçün “10 nömrə” axtarırıq.
- Axtarışlar yalnız hücum xətti üçündür?
- Bəli, sırf “10 nömrə” gətirmək istəyirik. Hələ ki, axtarışdayıq.
- Komandadan gedənlər də olacaq?
- Ola bilər ki, kimsə getsin. Amma hələ dəqiq deyil. Biz öz işlərimizi peşəkar şəkildə görməliyik ki, bu qərarlar verilsin.
- Güclü küləyə görə işıq dirəyinin aşdığı “Turan Tovuz”la oyununuzdan (1:3) sonrakı mətbuat konfransında bildirmişdiniz ki, görüş daha tez dayandırılmalı idi. Külək oyununuza nə dərəcədə təsir edirdi?
- Oyunun gedişində dirəklər tərpənirdi və adam düşünürdü ki, bu saat aşacaq. Külək o qədər dəhşətli idi ki... Ona görə adama belə bir hiss gəlirdi. Vəziyyət elə idi ki, topun irəli getməməsindən heç danışmıram. Şükürlər olsun ki, işıq dirəyi əvvəl ortadan, sonra dibindən qırıldı. Əgər birinci dibindən qırılsaydı, çox pis şey ola bilərdi. Tək futbolçular yox, azarkeşlər, topdaşıyan uşaqlar da xəsarət ala bilərdi. Ona görə o fikirləri bildirmişdim.
- “Araz-Naxçıvan” da bəzi klublarımız kimi qış təlim-məşq toplanışını ölkə xaricində keçirməyəcək. Bu, vaxt azlığı ilə bağlıdır?
- Bəli, ancaq vaxt məsələsidir. Bilirsiniz ki, əvvəlki illərdən fərqli olaraq bu dəfə qış fasiləsi tez bitəcək. Yanvarın 21-də 19-cu tur başlayır. Buna görə də vaxt qalmır. Çünki oyunçuların yüklənməsi prosesi də olsa, istədiyimiz nəticəni ala bilmərik.
- “Araz-Naxçıvan”ın ev oyunlarını Naxçıvanda keçirməsinə hələ çox var?
- Bu barədə məlumatım yoxdur. Amma inanıram ki, rəhbərlik tez bir zamanda bunun reallaşmasını istəyir. Çünki bu məsələ ilə mütəmadi maraqlanırlar.
- Rəhbərlik məsələ ilə bağlı nə deyir? Komandanın Naxçıvana qayıtması növbəti mövsümə qədər ləngiyəcək?
- Ola bilər ki, daha tez olsun. Amma ətraflı məlumatım yoxdur.
Ramiq Ağaməmmədov
"Yuventus"dan ardıcıl ikinci qələbə
"Biz belə nəticəni gözləmirdik" - Dambrauskas
"Böyük iş gördük" - "İmişli"nin baş məşqçisi
"İmişli"dən "Sabah"a baxımlı qələbə qolu - Video
"İmişli" "Sabah"a, "Qarabağ" "Karvan"a qalib gəldi
“Neftçi”nin bizi təbrik etməməsini ciddi qəbul etmədim”
“Danışıqlar çox çətinləşməyə başladı" - Qurban Qurbanov
"Qarabağ"ın "Karvan"a vurduğu 2 qol - Video
"Sabah" - "İmişli" matçı üçün - Heyətlər
Mahirin komandasından geridönüş
"Mançester Yunayted"dən "Çelsi"yə keçidindən danışdı
"Yuventus"un futbolçusu Premyer Liqa klubuna keçdi
"Karvan" - "Qarabağ": Heyətlər
Mehdi Taremi "Olimpiakos"da
Dioqo Jotanın forma nömrəsi bu futbolçuya verildi
"Benfika"dan yeni transfer
Qara Qarayev: “Mənim rəqabətə girəcək dövrüm deyil”
"Qalatasaray"ın ardıcıl 4-cü qələbəsi - Video
Rüfət Zaqreb "Dinamo"suna qarşı oynadı
Ardanın qolu, "Real"ın qələbəsi - Video
Renat oynadı, komandası qalib gəldi
Vüsal oynadı, komandası heç-heçə etdi
"Məndə geri çəkilmək yoxdur" - Kaxaber Tsxadadze
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Araz-Naxçıvan" "Qəbələ"yə belə qalib gəldi - Video
"Araz-Naxçıvan" "Qəbələ"yə qalib gəldi, "Zirə"dən darmadağın
"Zirə"dən "Kəpəz"ə 5 qol - Video
"Komandanı toparlamağa çalışacağıq" - Adil Şükürov
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər
"Napoli" "Mançester Yunayted"lə razılığa gəldi
Flik püşkü dəyərləndirdi
Millimiz Sloveniyada turnirə qatılacaq
"Zirə" - "Kəpəz": Heyətlər
"Neftçi" bu futbolçusunu icarəyə verdi
"Barselona"dan Qavi açıqlaması
“Qarabağ”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Mourinyo Türkiyədən belə ayrıldı - Şəkillər
“Qarabağ”ın bütün vərəqələri ləğv olundu
"Milan" transferi açıqladı