"Hatayspor"un köməkçi məşqçisi Gökhan Kağıtçıoğlu futbolçusu, Azərbaycan millisinin üzvü Renat Dadaşov haqqında danışıb.
QOL.az xəbər verir ki, o, "Yeşil Afşin" nəşrinə açıqlamasında forvardın ötən gün "Başakşehir"lə görüşdə penaltini qola çevirə bilməməsinə toxunub:
"Dadaşov bizim penaltiçimizdir. İndiyə qədər bütün penaltiləri qola çevirmişdi. O, çox güvəndiyimiz bir futbolçudur. Futbolda belə şeylər olur. Penaltidən yararlana bilməməsinin son dəqiqələrdəki yorğunluq və təzyiqlə əlaqədar olduğunu düşünürəm".
Xatırladaq ki, ötən gün "Hatayspor" "Başakşehir"ə 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, Renat bu ilin sentyabr ayının 6-da "Hatayspor"a keçib.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"