“Biz də bu haqda xəbərləri eşidirik. Ancaq hazırda mənim bu barədə nəsə fikir bildirməyim düzgün çıxmaz”.
Bu sözləri QOL.az-a açıqlamasında “Qarabağ”ın direktoru Emrah Çelikel deyib.
Klub rəsmisi “Qarabağ”ın Azərbaycan kubokunun 1/8 finalında MOİK-lə oyunu Xankəndidə keçirəcəyi haqda yayılan xəbərlərə münasibət bildirib. O qeyd edib ki, belə bir oyunun təşkilindən qürur duyarlar, ancaq hələlik kluba bununla bağlı rəsmi məlumat verilməyib:
“Xankəndidə oynamaq bizim üçün fəxr, böyük şərəf olar. Hər bir azərbaycanlı kimi, biz də orada oyunun olmağını istəyərik. Amma bu gün məndə bu haqda danışmaq üçün məlumat yoxdur. Bunun üçün bizə rəsmi məlumat gəlməlidir. Hələlik bizə rəsmi məlumat gəlməyib”.
Qeyd edək ki, “Qarabağ” – MOİK matçı dekabrın 21-də keçiriləcək.
Ramiq Ağaməmmədov
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi