"Futbolçularımı təbrik edirəm. Çox əziyyət çəkdilər. Vacib üç xal qazandıq".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 15-ci turunda evdə "Qəbələ"ni 3:0 hesabı ilə məğlub etdikləri oyun haqda danışarkən deyib.
Mütəxəssis baxımlı bir oyunun keçdiyini deyib: "Hesab bizi aldada bilər. Amma oyun tam da düşündüyümüz, istədiyimiz kimi alınmadı. Maraqlı oyun keçdi. Azarkeşlər üçün baxımlı matç oldu. "Qəbələ" son oyunda da çox yaxşı performans göstərmişdi, bu gün də şahidi olduq. İlk dəqiqələrdən görünürdü ki, uduzmaq istəmirlər".
O, futbolçusu Juninyonun sabiq klubu “Çaveş”dəki çıxışına və indi "Qarabağ"da qolları sıralamasına toxunub: "Burada daha yaxşıdır. İki il öncə də onunla maraqlanmışdıq. Sadəcə alınmamışdı. Amma o vaxtlarda oyununu izləyirdik. Əlimizdə imkan düşdü və bundan maksimum yararlana bildik. Son vaxtlar onun çıxışı pis deyil. Amma tam razı da deyiləm. Həm mən, həm özü də daha yaxşı Juninyo görmək istəyir. Öz üzərində işləməlidir və daha da yaxşılaşdırılası çox elementlər var. Amma ümumən kollektivə uyğunlaşır, mental olaraq da belədir. Ölkəyə də uyğunlaşır. Nəticə baxımından razı ola bilərəm. Amma tam istədiyim Juninyo deyil".
Baş məşqçi digər futbolçusu Patrik Andrade haqqında isə bunları deyib: "Hər şey yaxşılığa doğru gedir. Tam uyğunlaşmağa başlayıb. İdman formasını bərpa edir. Oynadıqca daha yaxşı olacaq. Patrikdə bacarıq, təcrübə var. Qarşıdakı matçlarda çox istərdim ki, daha yaxşı Patrik görüm".
Q.Qurbanov "Rəqiblərlə xal fərqiniz artırdız. Futbolçularda rahatlaşma yarana bilərmi" sualına belə cavab verib: "Ola bilər. Sırf nəticəyə görə yox, istər-istəməz gərgin, sıx qrafikdir. Bu, bir az futbolçuları arxayınlaşdıra bilər. Sıx qrafiki nəzərə alaraq, məşqçilər olaraq daha diqqətli olmalıyıq ki, arxayınlıq baş verməsin. Qarşıda heç də asan oyunlarımız yoxdur. Çox vacib qrafiklə giririk. Ola bilər lki, hansısa futbolçuda bu görünməsin. Futbolçudur da, rahatlığı həmişə axtarır. Bu gün oyunun gedişatında gördüm arxayınlığı. İnsan uğur əldə etdikdə, arxayınlaşma olur. Rəqiblər bunu bağışlamır. Amma oyunun gedişində özlərini ələ ala bildilər. Məni ən çox narahat edən məqam bu və zədələrdir. Kevin Medinanın zədəsi gərgin oyunlar, daim oynaması ilə bağlıdır. Süni örtükdəki o epizod bəlkə normal ot meydanında olsaydı, daha rahat qəbul edərdi epizodu. Düzdür, qeyri-adi hərəkət oldu. Amma ot örtüyündə topu daha rahat qəbul edərdi. Bəzən elə şeylər var ki, bizdən asılı olmur".
O, komandaya yeni mərkəz müdafiəçisi cəlb edib-etməyəcəkləri barədə bunu deyib: "Sırf Medinaya görə yox, ümumən hər mövqedə dəyişiklik etmək istəyirik. Ola bilər ki, belə addım ataq, komandaya mərkəz müdafiəçisi gətirək. 5-6 mərkəz müdafiəçimiz olsa da, bəzən 2 mərkəz müdafiəçisi ilə də qalırıq. Ona görə belə fikrimiz var. Bu o demək deyil ki, indikilərə güvənmirəm. İş prinsiplərimiz bunu tələb edir ki, mövqelərdə sağlam oyunçular olsun".
Sonda baş məşqçi "Adama Diakabi və Redon Cicanın ayrılığı gözlənilə bilər" sualına cavab verib: "Hələ ki, heç bir futbolçunun gedişi gözlənilmir".
Son məşq - Şəkillər
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli