Hidayət və Rəşid 1/8 finala çıxdı, Xədicə uduzdu - Yenilənir

Hidayət və Rəşid 1/8 finala çıxdı, Xədicə uduzdu - Yenilənir
CÜDO 6 Oktyabr 2026 / 13:26 1921
-  A +

Bakıda cüdo üzrə dünya çempionatı davam edir.

QOL.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan mundialın üçüncü günündə Azərbaycanın 3 təmsilçisi mübarizəyə qoşulur. Görüşlər saat 10:30-da başlayıb.

73 kq

73 kq çəki dərəcəsində 2024-cü ilin Olimpiya və dünya çempionu Hidayət Heydərov ilk görüşünü 1/32 finalda Akil Qyakovaya (Kosovo) qarşı keçirib və rəqibini məğlub edib. 1/16 finalda Finlandiya təmsilçisi Olin Valtteri ilə üz-üzə gələn Hidayət bu görüşdə də qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. Onun 1/8 finalda rəqibi Covannni Espositodur (İtaliya).

Eyni çəkidə Rəşid Məmmədəliyev ilk mərhələdən azad olub. O, 1/16 finalda Castin Lemirə (Kanada) qalib gəlib. R.Məmmədov 1/8 finalda İtan Nernlə (Böyük Britaniya) qarşılaşacaq.

57 kq

Qadınların yarışında 57 kq çəki dərəcəsində Xədicə Qadaşova 1/32 finalda qırğızıstanlı Janar Joldoşeva ilə üz-üzə gəlib və uduzub.

Xatırldaq ki, hazırda Azərbaycan millisinin aktivində 1 medal var. Əhməd Yusifov (60 kq) dünya çempionatının qızıl medalını qazanıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner