AFFA-nın baş katibi Sərxan Hacıyev Avro-2024-ün seçmə mərhələsinin sonuncu turunda Belçikaya qarşı keçiriləcək oyundan əvvəl Brüsselə ezam olunmuş jurnalistlərə müsahibə verib.
O, QOL.az-ın əməkdaşının da suallarını cavablandırıb:
- Sabahkı oyunla bağlı gözləntiləriniz nədir?
- Rəqibin gücündən, adından asılı olmayaraq hər matça qələbə əzmi ilə çıxmalıyıq. Düşünürəm ki, İsveçə qarşı inamlı qələbədən sonra komandamız sabah yaxşı və tutarlı futbol sərgiləyəcək. Ümid edirəm ki, oyunları və sonra əldə edilən nəticə ilə bizi sevindirəcəklər. İsveçlə qarşılaşmada inamlı oyun göstərdik və qələbə qazandıq. Lakin bu, artıq keçmişdə qalıb. Komanda bunu unutmalı və növbəti matça köklənməlidir. Ümid edirik ki, qarşıdakı görüşdə də yaxşı nəticə əldə edəcəyik.
- Bəhlul Mustafazadə və Ramil Şeydayev cəza səbəbindən meydana çıxmayacaq. Onların olmaması komandaya necə təsir edə bilər?
- Hər iki oyunçu əsas futbolçularımızdan hesab edilir. Lakin onları əvəz edəcək yığma üzvləri əllərindən gələni edəcəklər.
- Seçmə mərhələ başa çatır. Nəticə sizi qane edirmi?
- Ümumi olaraq sonda qazanılan nəticə çox vacibdir. Bu, əsas amillərdən biridir. Nəticə dedikdə, ilk növbədə ağıla 1 və 2-ci yer gəlir. Amma hər qrupda reallıqları da nəzərə almaq lazımdır. İsveç, Belçika və Avstriya daha güclü kollektivlərdir. Belə millilərə qarşı oynamaq elə də asan deyil. Komandanın göstərdiyi müsbət dinamika da nəzərə alınmalıdır.
- Sabahkı qarşılaşma Canni De Byazinin yığmadakı taleyinə təsir edəcəkmi?
- Bu barədə hazırda bir söz demək çətindir. Məndən əvvəl AFFA prezidenti Rövnəq Abdullayev fikir bildirib. Düşünürəm ki, oyunun sonunu və İcraiyyə Komitəsinin iclasını gözləmək lazımdır. Baş məqşçi ilə müqavilə bitmək üzrədir. Seçmə mərhələdən sonra yaxın vaxtlarda İcraiyyə Komitəsinin iclası olacaq. Orada hesabat dinləniləcək və qərar veriləcək.
- Qazaxıstan sonuncu turda Sloveniyanı məğlub etsə, final mərhələsinə vəsiqə uğrunda pley-off oynayacağıq. Bu da onun sözləşməsinə təsir edə bilər...
- Hazırda bunu istisna etmək olmaz. Çünki Qazaxıstan vəsiqə qazansa, bizim komanda pley-offa adlayacaq. Seçmə mərhələdən əvvəl bu, real deyildi. Amma artıq bir qələbə hər şeyi həll edəcək. Qazaxıstanın uğurlu oyun dinamikasına baxanda deyə bilərəm ki, hər şey ola bilər. Pley-off şansı yaransa, bu, ölkə futbolu üçün tarixi hadisə olacaq.
- Belçika ilə görüşdə heç-heçə və ya abırlı hesabla məğlubiyyət sizi razı sala bilərmi?
- Birmənalı şəkildə deyə bilərəm ki, abırlı və ya abırsız məğlubiyyət qəbuledilməzdir.
P.S. Jurnalistlərin Belçikaya ezamiyyəti Etopaz-ın dəstəyi ilə həyata keçirilib.
"Sumqayıt"da itki
"El-Klasiko"nu buraxacaq
"Yuventus"dan ayrılır
İtaliya A seriyasına yüksələn ilk komanda
"Bavariya" 40 yaşlı Noyerlə müqaviləni uzadır
Türkiyə millisi 2 yoxlama oyunu keçirəcək
Spaletti ayın ən yaxşısıdır
Enrike: "Bavariya" qarşılaşdığım ən çətin rəqibdir"
"Real"da baş məşqçi vəzifəsinə daha bir namizəd
Matiçlə yeni müqavilə imzalanacaq
PFL hakim təyinatlarını açıqladı
"Qarabağ"ın futbolçusu üçün mövsüm bitdi
Elvin əvəzedici heyətdə qolu belə vurdu - Yenilənib+Video
"Qarabağ" - "Turan Tovuz" matçının hakimləri açıqlandı
İspan klubu qələbəni Fələstin bayrağı ilə qeyd etdi - Video
AFFA "Qarabağ"ı 8000 manat cərimələdi
Azərbaycan millisi bu dəfə Belarusa qalib gəldi
“Barselona”dan “El Klassiko” üçün xüsusi forma
"İmişli" futbolçusu ilə müqaviləni uzatdı
Füzulidə FİFA-nın dəstəyi ilə festival keçirildi - Şəkillər
İnfantino növbəti seçkilərə də qatılacağını açıqladı
"Fənərbaxça"nın kapitanı futboldan 1 illik uzaqlaşdırıldı
"Mənim lüğətimdə təslim olmaq sözü yoxdur" - Arda Turan
Cenk Sümer: “Neftçi”nin yeri Avropadır” - Video
9-cu çempion: 18 ildə ilk