Bu gün Azərbaycan Premyer Liqasında təsnifat mərhələsinin axırıncı turuna yekun vurulub. Qol.Az-ın məlumatına görə, 22-ci turun son 3 oyunu arasında ən diqqətçəkəni "İnter" - "Xəzər Lənkəran" matçı olub.
Oyun Lənkəram təmsilçisinin üstünlüyü ilə keçib və onlar son ölkə çempionunu Bakıda 3:1 hesabı ilə məğlub ediblər.
Beləliklə, "Neftçi", "Xəzər Lənkəran" və "Qarabağ" final mərhələsinə liderlər qrupubda başlayacaqlar.
"Qəbələ" - "Gəncə" və "Simurq" - "Muğan" matçları ikinci "6-lıq"da mövqe mübarizəsi xarakteri daşıyıb. "Simurq" autsayderlər sırasından qurtulmaq üçün son 2 turda uduzmayan "Muğan"a mütləq qalib gəlməli idi. Amma "Muğan" oyunun son dəqiqələrində vurduğu qol sayəsində qələbə qazanıb. "Gəncə" səfərdə qarşılaşdığı "Qəbələ" ilə bərabərə qalıb.
Turun açılış oyununda isə Ağdamın “Qarabağ” klubu öz meydanında “Turan”ı qəbul edib.
Ölkə kubokunun 1/8 final mərhələsində də "Turan"la qarşılaşan "Qarabağ" həmin məğlubiyyətin əvəzini layiqincə çıxıb. Lakin Tovuz klubu da bu qələbənin təsadüfi olmadığını sübut etməyə çalışsa da, bunu bacarmayıb. İlk dəqiqələrdən üstünlüyü ələ keçirən "Qarabağ" "Turan"ı darmadağın edib - 5:1. Bu qələbə sayəsində Ağdam klubu 2 günlük də olsa turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.
Əsas maraq doğuran görüşlərdən biri də "Şəfa" stadionunda baş tutub. Burada “altılığ”ın sonuncu təmsilçisinin adına aydınlıq gəlməli idi. "Bakı" klubunu AZAL-la oyunda 1 xal da qane edirdi ki, "zolaqlılar" da bu işin öhdəsindən gələrək "altılıq"dakı yerini rəsmiləşdirib. Bununla da, fevralın 27-də keçiriləcək “Qəbələ” – “Gəncə” oyunun nəticəsi "altılıq" baxımından heç bir əhəmiyyət daşımır.
Premyer Liqanın lideri “Neftçi” isə öz meydanında MOİK-i qəbul edib. Bu görüşdə "ağ-qaralar" qalib gəlməklə təsnifat mərhələsini lider kimi başa vurub.
27 fevral (bazar)
16:00."İnter" - "Xəzər Lənkəran" 1:3
Qollar: Hristu Çiaku, 8 (0:1), Adrian Pit, 19 (0:2), Uinston Parks, 50 (0:3), Girts Karlsons, 60-penalti (1:3)
Hakimlər: Rövşən Əhmədov, Ramiz Əsədov, Munis Abdullayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Məlik Həsənov
"Şəfa" stadionu.
15:00."Simurq" - "Muğan" - 0:1
Qol: Con Pelu, 82
Hakimlər: Elvin Əsgərov, Rza Məmmədov, Elşən Acalov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Qurban Məmmədov
Zaqatala şəhər stadionu.
14:00."Qəbələ" - "Gəncə" - 0:0
Qırmızı vərəqə: Ramal Hüseynov ("Gəncə"), 41
Hakimlər: Ramil Diniyev, Azad Ə. Hüseynov, Azad Q. Hüseynov, Rasim Məmmədov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Akif Məmmədov
Qəbələ şəhər stadionu.
25 fevral (cümə)
16:00.AZAL - "Bakı" - 0:0
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Roman Vasilyev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Kərim Ağayev
"Şəfa" stadionu.
16:00."Neftçi" - MOİK - 1:0
Qol: Flavio Aleks Valensio, 40 (1:0)
Hakimlər: Ceyhun Haşımov, Yaşar Abbasov, Samir Hacıyev, Elnur Muradov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Orucəli Durmuşov
Tofiq Bəhramov adına Respublika stadionu.
14:00."Qarabağ" - "Turan" - 5:1
Qollar: Elvin Məmmədov, 9 (1:0), Georgi Adamiya, 10 (2:0), Georgi Adamiya, 16 (3:0), Rauf Əliyev, 53 (4:0), Fərmayıl Əliyev, 57 (4:1), Admir Teli, 90 (5:1)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, İlham Əliyev, Anar Salmanov
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Asif Namazov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.
Oyundan əvvəl Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Turnir cədvəli
Komanda
O
Q
H
M
Qollar
Xallar
1
Neftçi
22
14
6
2
40-9
48
2
Xəzər Lənkəran
22
14
5
3
28-12
47
3
Qarabağ
22
13
3
6
30-14
42
4
İnter
22
12
4
6
24-16
40
5
AZAL
22
9
9
4
27-16
36
6
Bakı
22
9
6
7
28-21
33
7
Qəbələ
22
8
7
7
19-14
31
8
Muğan
22
7
6
9
14-23
27
9
Gəncə
22
5
9
8
23-27
24
10
Turan
22
3
6
13
17-35
15
11
Simurq
22
2
6
14
12-34
12
12
MOİK
22
1
3
18
6-47
6
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?