“Sabah”ın kapitanı Elvin Camalovun Qol.az saytına müsahibəsi
- Elvin, birinci ondan baslayaq ki, komandanız 7 oyundur qələbə qazanmır və yalnız ilk turda qalib gələ bilmisiniz. Bunun səbəblərini yeqin özünüz də araşdırırsınız. Qələbə üçün nə çatmır?
- Təbii ki, bu mövzuları öz aramızda müzakirə edirik. Komandada hər şey yaxşıdır. Yəni atmosfer normaldır. Sadəcə, oyunumuz alınmır. Öz aramızda bu problemi də həll edəcəyik. Ümid edirəm ki, tezliklə yaxşı nətiəcələr qazanacağıq.
- Ötən mövsüm adından söz etdirən komanda bu mövsüm də ən iddialılardan sayılırdı. Ancaq 8 turdan sonra 6 xalla 9-cu pillədə qərarlaşmısınız.
- Bəli, bizim üçün də gözlənilməz oldu. Bu gün hamı futbol oynayır. Hər bir komanda meydandan xalla ayrılmaq üçün sona kimi mübarizə aparır. Bir şeyi də nəzərə almalıyıq ki, hələ mövsümün əvvəlidir. Bizi hələ qarşıda çoxlu oyunlar gözləyir. Məncə indi turnir cədvəlində olan nəticəni ötən mövsümün yekun turnir cədvəli ilə müqayisə etmək bir qədər tezdir.
- Ötən mövsümdəki “Sabah”ı görmək üçün nə qədər vaxta ehtiyac var?
- Bayaq sizin də qeyd etdiyiniz kimi, ötən mövsümkü nəticələrimiz insanlarda çox böyük gözləntilər yaratdı. Əslində bizə bu cür inam olması, komandamızın gücünün həm azarkeşlər, həm də mətbuat tərəfindən bu cür yüksək dəyərləndirilməsi xoşdur. Ancaq bu futboldur, hədəfə gedən yolda hər cür çətinliyə hazır olmalısan. Biz ötən mövsüm də buna hazır idik, bu gün də. Əsas olan odur ki, bizdə inam var. Komanda son matçda da yaxşı oyun nümayiş etdirdi. Heyətimizdə yeni futbolçular çoxdur. Onların komandaya adaptasiya olması üçün bir qədər vaxta ehtiyac var. Əminəm ki, azarkeşlər və futbol ictimaiyyəti tezliklə bizdən gözlədikləri nəticələri və futbolu görəcəklər.
- Ardıcıl xal itkiləri komandanızı ruhdan salmır?
- Əsla. Komandada hamı peşəkar futbolçudur. Hər kəs harda olduğunu və bizdən tələb olunanı yaxşı başa düşür. Əlbəttə, xal itkisi həmişə təsir edir. Xüsusilə oyun boyu üstün olduğun matçdan qələbə qazanmadan ayrılmaq üzücüdür. Amma heç kim xal itkilərindən sığortalanmayıb. Ötən oyunlardakı xal itkilərinə təəssüflənmək yerinə növbəti oyunlardakı qələbələrə köklənmək lazımdır. Biz də hazırda bunu edirik.
- Ötən mövsüm “Sabah”ın bombardirləri olmuş Aleksey Kaşuk və Coy-Lens Mikelsin komandadan gedişi bugünkü nəticələrə nə dərəcədə təsir edir?
- Yayda komandanı tərk edən hər bir futbolçunun ötən mövsümdəki uğurlarda öz rolu olub. Bunu danmaq olmaz. Lakin bu futboldur. Bu gün burdasansa, sabah başqa bir klubda ola bilərsən. Bu futbolun bir parçasıdır. Komandadan ayrılmış futbolçulara uğurlar arzu edirəm. Amma yeni transferlərin də hər biri öz səviyyəsi ilə seçilir. Məşqlərdə də bunun şahidi oluruq. Sadəcə, bir az öncə qeyd etdiyim kmi, adaptasiya olmaq üçün müəyyən vaxt lazımdır.
- Baş məşqçiniz Murad Musayev son mətbuat konfrasnında birdirdi ki, komanda çox səhv edir və futbolçularda əsəbilik var.
- Bəli, razıyam. Son oyunlarda buraxdığımız qollarda kobud səhvlərə yol veririk. Komandanın məşqçilər korpusu da hər oyundan sonra yol verdiyimiz xətalar barədə bizi məlumatlandırır. Bunun üzərində işləyirik. İnanıram ki, növbəti oyunlarda bu səhvləri tam aradan qaldıracağıq.
Futbol emosiya oyunudur. Meydanda oyun istədiyin kimi getməyəndə istənilən halda bu özünü emosiyalarda büruzə verə bilər.
- Hazırda 9-cu pillədə olsanız da, yəqin ki, hədəflər böyükdür.
- Sözün düzü, turnir cədvəlində hansı mövqedə olmağımızdan asılı olmayaraq, biz ancaq hər növbəti oyuna köklənirik. Hazırda bizim üçün vacib olan “Araz-Naxçıvan”la oyundur. İndi yalnız bu matça köklənmişik. Əlimizdən gələni edəcəyik ki, bu qarşılaşmadan müsbət nəticə ilə ayrılaraq azarkeşlərimizi sevindirək.
- “Araz-Naxçıvan” yeni yaradılan komanda olsa da, yaxşı oyun göstərir və yaxşı da nəticələr qazanır. Bu görüş haqda nə düşünürsən?
- Bizi çətin oyun gözləyir. Bəli, çempionatda yeni olsalar da, kifayət qədər yaxşı nəticələr qazanmağı bacarıblar. Ümumiyyətlə, bu mövsüm çempionatda asan oyun olmur. Bütün komandalar meydanda sona kimi mübarizə aparırlar. Komanda olaraq əlimizdən gələni edəcəyik ki, meydandan 3 xalla ayrılaraq azarkeşlərimizi sevindirək.
Ramiq Ağaməmmədov
İslamiadada Azərbaycanı onlar təmsil edəcək
“Liverpul”un müdafiəçisi sıradan çıxdı
Lennart Karl Musialanı geridə qoydu
Lionel Messi “İnter Mayami”də qalacaq - Rəsmi
Merih Demiral “Fənərbaxça”ya qayıda bilər
NBA çempionu həbs edildi
Çempionlar Liqasında həftənin ən yaxşısı o seçildi
Arda Güler: “Bellinqemlə birgə oynamaq böyük zövqdür”
Güləşçimiz bürünc medal görüşünə vəsiqə qazandı
“Barselona”da “El-Klasiko” öncəsi iki itki
Keyn Droqbanı geridə qoydu
1-ci liqa: Liderlərin oyununda 4 qol
Hamşikin oğlu "Kopenhagen"də
Azərbaycandan ayrılıb Gürcüstan klubuna keçdi
Daha 3 boksçumuz yarımfinalda - Avropa çempionatı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
Qurban Qurbanov əsəbiləşdi - Video
"Qarabağ"la oyunda əziyyət çəkdik" - Robert Navarro
Hakim Ziyeşin yeni klubu bilindi
Türkiyə klublarının oyunlarını yayımlayacaq kanallar
"Real" - "Yuventus" matçından - Video
“Araz-Naxçıvan”ın ÇL-dəki ilk 2 oyununun hakimləri
Arda Güler "Yuventus"la oyunun ən yaxşısı seçildi
“Qalatasaray” “Budo-Qlimt”i belə məğlub etdi - Video
Leandro Andradenin "San Mames"də vurduğu qol - Video
Güləşçimiz dünya çempionu oldu, milli rekorda imza atdı
"Qarabağ" Çempionlar Liqasında neçəncidir?
"Real" "Yuventus"a, "Qalatasaray" "Budo-Qlimt"ə qalib gəldi
"Qarabağ”ın Liqa mərhələsində ilk məğlubiyyəti
İlkay Gündoğandan böyük jest
Flikə verilən cəza qüvvədə qaldı - “El-Klasiko”da olmayacaq
Afrikada ilin futbolçusu adına namizədlər açıqlandı
Tahir Gözel oyundan əvvəl komandasına dəstək oldu
“Qarabağ”ın “Atletik”lə oyun üçün - Heyəti
Antuan Semenyo İngiltərə nəhənginin transfer hədəfində
Mark Quehi “Real”a keçə bilər
Elliot Andersona Premyer Liqanın 3 nəhəngi “elçi düşüb”
Levandovski “Mançester Yunayted”lə razılığa gəlib?
Yamal daha bir ilkə imza atdı
Birinci liqada 6-cı tura start verildi