“Sabah”dan xal almağımız “Qəbələ” ilə oyundan əvvəl komandamızda ruh yüksəkliyi yaradıb. Çox vacib xal qazandıq. Məncə, bu, “Qəbələ” ilə oyunda öz təsirini göstərəcək”.
Bu sözləri Qol.az-a açıqlamasında “Kəpəz”in baş məşqçisi Azər Məmmədov deyib. Gəncə təmsilçisi Misli Premyer Liqasının 8-ci turunda “Qəbələ”ni qəbul edəcək. Komandanın çalışdırıcısı ev oyununda yaxşı nəticəyə ümid edir: “Biz evdə oynadığımız 4 matçdan 3-də uduzmuşuq. Bu dəfə doğma azarkeşlər önündə qalib gəlmək istəyirik. Evdə məğlubiyyət seriyasını qırmalıyıq. Düşünürəm ki, “Qəbələ” ilə oyunda yaxşı nəticə qazana bilərik”.
Maraqlıdır ki, “Kəpəz” bu mövsüm topladığı 5 xalı ötən mövsümün çempionu “Qarabağ”dan, gümüş medalçı “Sabah” və iddialılardan olan “Neftçi”dən alıb, digər oyunların hamısında uduzub. A.Məmmədov bununla bağlı da danışıb:
“Kəpəz”in baş məşqçisi kimi yox, bir başqa şəxs kimi qıraqdan baxsaydım, mənə də bu nəticələr maraqlı gələrdi. Komandamız xal götürməyi real görünən oyunlarda uduzub, çətin rəqiblərdən isə xallar almışıq. Futbolda hər bir komandadan xal almaq mümkündür. Biz hər oyunda bunun üçün çalışırıq. Sadəcə hadisələr bizim də gözləmədiyimiz kimi gedir. Biz də “Qarabağ”, “Sabah” və “Neftçi”dən yox, uduzduğumuz komandalardan xal almağı gözləyirdik. Çox adam bunu rəqiblərə daha fərqli yanaşma ilə əlaqələndirir. Amma belə deyil. Çünki biz elə bir komandayıq ki, bütün rəqiblərə qarşı tam məsuliyyətlə oynayırıq. Çünki Premyer Liqada qalmalıyıq. Motivasiyamız hər bir komandaya qarşı eynidir”.

A.Məmmədov son vaxtlar ünvanına səsləndirilən “istefa” şüarları haqda isə bildirib: “Bizim Premyer Liqadan düşmə təhlükəmiz var ki, bu da üzərimizdə təzyiq yaradır. Son oyunlarda “Kəpəz” azarkeşləri bir az səbirsiz davranır. “İstefa” şüarlarını nəzərdə tuturam. Bunlar təbii ki, futboloçulara da psixoloji təsir edir. Mənim üçün “istefa” şüarının kimə deyildiyinin fərqi yoxdur. Yəni ya mənə deyildi, ya da İdarə Heyətinin sədrinə, fərq etməz. Biz bir ailəyik. Futbolçuma qıraqdan nəsə xoşagəlməz söz deyiləndə elə bil ki, mənə deyilir. “İstefa” şüarı da komandaya təsir edir. Bu sözün mənasını hamı bilir.
Komandanın pis vaxtı da olur, yaxşı vaxtı da. Gərək pis vaxtda da komandanın yanında olasan. Biz “Kəpəz”in Premyer Liqada qalmasını istəyiriksə, mənfi şüarlarla yox, müsbət şüarlarla komandamızı dəstəkləməliyik”.
“Sabah”ın baş məşqçsi Murad Musayev “Kəpəz”lə oyundan (2:2) sonra mətbuat konfransında rəqib komandanın vaxtı çox uzatmasından şikayətlənib. Hətta o, “Mənim komandam nə vaxtsa belə oyun sərgiləsə, futbolu atıb gedib başqa işlə məşğul olaram” cümləsini də işlədib. “Kəpəz”in çalışdırıcısı rusiyalı mütəxəssisin bu fikrinə də münasibət bildirib. O qeyd edib ki, kimisə aşağılamağa heç kimə ixtiyar verilməyib:
“O kəlməni işlədən adam gərək dərindən düşünsün. Uğursuzluğu rəqib komandanın, onun baş məşqçisinin üstünə atmaqla çox uzağa getmək olmaz. İnsan gərək “mən” ifadəsini bir az az işlətsin. İnsan bir az təvazökar olmalı və problemi özündə axtarmalıdır. Bilirsiniz ki, “Sabah” bizim çempionatın ən yaxşı büdcəsi olan klublarından biridir. Əgər o büdcə, belə dəstəklə, bu cür keyfiyyətli futbolçularla bizə qalib gələ bilmirlərsə, başqa nəsə danışmaq düzgün deyil. Daha yaxşı olar ki, 18 mümkün xaldan niyə cəmi 5-ni yığmaları haqda düşünsün. “Partizan”la oyunlarını xatırlasınlar. Vaxtı nə qədər uzadırdılar.
Bizim futbolçular yerə əsassız yıxılmayıblar. Rəqib komanda çox sürətli idi. Ona görə də bu cür hallar baş verə bilər. Mən həmişə belə şeylərin əleyhinə olmuşam. Kapitan olanda da yıxılan futbolçunu dərhal ayağa qaldırırdım. Ömür boyu komandama vaxtı uzatmaqla bağlı tapşırığım ola bilməz. Əgər xal qazanmışıqsa, bunu hamı, əsas da Murd Musayev qəbul etməlidir. Biz futbolçularımızın əziyyəti hesabına bu xalı qazanmışıq. Futbolu belə şeylərə görə atmazlar. Futbolu atan elə bu cür büdcə ilə nəticə verməyəndə atar. Danışmağa nə var ki?
Mən futbol oynayanda həmişə problemlərdən qaçan olmuşam. Ancaq futbolumu oynamışam. Təəssüflər olsun ki, Murad Musayev məcbur etdi ki, susqunluğu pozum. Düşünürəm ki, belə danışanların cavabını vermək lazımdır. Heç kimə ixtiyar verilməyib ki, kimisə aşağılasın”.
Ramiq Ağaməmmədov
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi