Bu gün keçirilmiş daha 3 oyunla Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vurulub. Qol.Az-ın məlumatına görə, əvvəlcə "Qarabağ" Gəncədə eyniadlı komandanın qonağı olub.
Ağdam klubunun ilk, "Gəncə"nin isə ikinci "6-lıq"da mübarizə aparacağı hələ bu oyunadək məlum idi. Qurban Qurbanovun komandası yalnız 4-cü pillədəki yerini möhkəmlətmək üçün meydançaya çıxmışdı. Bu komandalar arasında ilk dövrədə keçirilmiş oyun "Qarabağ"ın böyükhesablı qələbəsi ilə nəticələnmişdi - 3:0.
Bugunkü qarşılaşmada isə "Qarabağ" "Gəncə"nin güclü müqaviməti ilə üzləşib. Oyun meydan sahiblərinin üstünlüyü ilə keçsə də, "Qarabağ" Adamiyanın qolu sayəsində qələbə qazana bilib.
Ardından "Qəbələ" "Şəfa" stadionunda "Muğan"a qonaq olub. Bu matçda xal itkisi Toni Adamsın komandasını ilk "6-lıq"dan kənar qoya bilər. Ötən tur "Bakı"nı büdrətmiş "Muğan"ın bu dəfə "Qəbələ"yə necə müqavimət göstərəcəyi maraq doğururdu. Gözlənilənlər baş verdi. "Muğan" "Qəblə"ni 1:0 hesabı ilə məğlubiyyətə uğradıb. Bununla da "Qəbələ"nin ilk "altılıq"da qalma şansı minimuma enib.
"Qəbələ"nin məğlubiyyətinə ən çox sevinən AZAL olub. AZAL "Xəzər Lənkəran"a uduzsa da, ilk "altılıq"da yerini indidən təmin edib. Lənkəran komandası isə bu qələbə sayəsində lider "Neftçi" ilə xal fərqini minimuma endirib.
Dünən isə daha 3 oyun keçirilib. Onların hamısı meydan sahiblərinin məğlubiyyəti ilə nəticələnib.
Günün ilk qarşılaşmasında "Turan" öz meydanında "Bakı"nı qəbul edib. "Altılığ"a düşmələri üçün "zolaqlılar" çətin Tovuz səfərində müttləq qələbə qazanmalı idi. Əks təqdirdə isə, "Bakı" "altılıq"dan kənar qalacaqdı. Aleksandr Starkovun komandası yeganə qolla səfərdə "Turan"a qalib gəlib. Starkovun tələbi ilə əvəzedici heyətə göndərilən Jaba komandaya qayıdışını qolla qeyd edib - 0:1.
Premyer Liqanının lideri "Neftçi" isə bu tur Zaqatalada "Simurq"un qonağı olub. Son turda "Xəzər Lənkəran"la oyunda xal itkisinə yol verən "ağ-qaralar"ın bu görüşdə qələbə qazanacağı şübhə doğurmurdu. Oyunboyu rəqibini bütün mövqelərdə üstələyən "Neftçi" səfərdə 3:0 hesabı ilə qalib gələrək liderliyni qoruyub.
Son ölkə çempionu Bakının "İnter" klubu isə bu turda Premyer Liqanın autsayderi MOİK-lə qarşılaşıb. Bu görüşdə "bankirlər"in asan qələbə qazanacağı gözlənilirdi. Oyunun ilk dəqiqələrindən hücuma atılan "İnter" rəqibinə heç bir şans verməyib. Səfərdə 4:0 hesabı ilə qalib gələn "İnter" bu qələbə sayəsində 3-cü pillədəki mövqeyini qoruyub.
20 fevral (bazar)
17:30. "Xəzər Lənkəran" - AZAL - 2:1 (II Hissə)
Qollar: Elnur Abdullayev, 45+2 (1:0); Usim Nduka, 57 (1:1); Xristu Kiaku, 78
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Eldar Nağıbəyov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Murad Məmmədov
Lənkəran şəhər mərkəzi stadionu
15:00. "Muğan" - "Qəbələ" - 1:0
Qol: Elşən Məmmədov, 46
Qırmızı vərəqə: Tagim Novruzov, 60 ("Qəbələ")
Hakimlər: Əfqan Həmzəyev, Yaşar Abbasov, Aleksandr Musatkin, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
"Şəfa" stadionu
13:05. "Gəncə" - "Qarabağ" - 0:1
Qol: Georgi Adamiya, 72
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Vaqif Musayev, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Füzuli Nəcəfov
Gəncə şəhər stadionu
Oyunun 40-cı dəqiqəsində "Qarabağ"lı Ansi Aqoli ilə "Gəncə"nin futbolçusu Ceyhun Sultanov arasında gərginlik yaranır. Hakim Aqoliyə sarı vərərə göstərir.
19 fevral (şənbə)
16:00. MOİK - "İnter" - 0:4
Qollar: Dmitri Kruqlov, 40 (0:1), David Odikadze, 45 (0:2), İlia Kandelaki, 79 (0:3), Vlodimir Levin, 80 (0:4)
Hakimlər: Rauf Cabbarov, İsgəndər Əliyev, Zeynal Zeynalov, Alik Yunusov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Səfər Haşımov
Bakı. "Şəfa" stadionu
14:00. "Turan" - "Bakı" - 0:1
Qol: Jaba, 8 (0:1)
Hakimlər: Vüsal Əliyev, Coşqun Həsənov, Elman Musayev, Əliyar Ağayev
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Haim-inspektor: Əhmədağa Cabbarov
Tovuz. Şəhər stadionu
15:00. "Simurq" - "Neftçi" - 0:3
Qollar: Rəşad Abdullayev, 11 (0:1), Ruslan Abışov, 22 (0:2), Flavio Aleks Valensio, 50 (0:3)
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Aydın Ələkbərov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Fazil Mürşüdov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
Turnir cədvəli
Komanda
O
Q
H
M
Qollar
Xallar
1
Neftçi
21
13
6
2
39-9
45
2
Xəzər Lənkəran
21
13
5
3
25-11
44
3
İnter
21
12
4
5
23-13
40
4
Qarabağ
21
12
3
6
25-13
39
5
AZAL
21
9
8
4
27-16
35
6
Bakı
21
9
5
7
28-21
32
7
Qəbələ
21
8
6
7
19-14
30
8
Muğan
21
6
6
9
13-23
24
9
Gəncə
21
5
8
8
23-27
23
10
Turan
21
3
6
12
16-30
15
11
Simurq
21
2
6
13
12-33
12
12
MOİK
21
1
3
17
6-46
6
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı
16 yaşlı qapıçının debütü təxirə salındı
1-ci liqada bu gün yalnız “Şəfa” qələbəyə sevindi
"Real" və "Atletiko"dan sonra növbə "Qalatasaray"ındır?
Premyer Liqa rekordçusu gələcəyini ailəsinə həvalə etdi
"Mançester Yunayted" onun üçün 100 milyon xərcləyəcək?
"Layiq olmadığımız məğlubiyyətlə üzləşdik" - Ayxan Abbasov
"Oyun heç-heçə də bitə bilərdi" - Andrey Demçenko
Azərbaycan millisi Farer adalarına da böyük hesabla uduzdu
"Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
Kvaratsxeliya ÇL tarixinə belə düşdü
Elşən Abdullayev mükafatlandırıldı
"Real" ilk dəfə belə uğur qazanır
"Sportinq"in baş məşqçisi 5:0-dan danışdı
“Şamaxı” - “Araz-Naxçıvan”: Heyətlər
Premyer Liqada daha 5 oyunun hakimləri açıqlandı
ÇL-in oyunları bu kanallarda
Qvardiola "Mançester Siti"dəki gələcəyi ilə bağlı nə dedi?
"Neftçi”yə təklif olunan həmin futbolçular mənə lazım deyil”
"Bodo-Qlimt"in baş məşqçisindən vida açıqlaması
Liverpul küçələrində "Qalatasaray" atəşfəşanlığı - Video
AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununda
"Real" "Mançester Siti"yə belə qalib gəldi - Video
Riçard Almeydanın yeni klubu
Seneqaldan çempionluq alınıb Mərakeşə verildi! - Şok qərar
"Bodo-Qlimt" ÇL-lə vidalaşdı, "Real" və PSJ 1/4 finalda
"Fənərbaxça"dan böyükhesablı qələbə
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar