“İlk növbədə şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Oyuna gəldikdə isə, bu gün çox gözəl çıxış etdik”.
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Avropa Liqanın qrup mərhələsinin ilk turunda Bakıda “Molde”ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Klub rəhbəri qeyd edib ki, bu qələbə sayəsində Azərbaycanda bayram bayrama qarışıb: “Avropanın bir çox yaxşı komandası Bakıdan başıaşağı qayıdır. Bu, möhtəşəm bir zəfərdir. Bayram üzərinə bayram yaşandı. Matçdan öncə Qurban hoca ilə danışmışdıq. Çox istəyirdik ki, zəfər ruhumuz oyunumuza təsir etsin. Düzdür, futbolda nəticəni əvvəldən bilmək olmur”.
T.Gözəl qələbəyə görə çox qürurlu olduğunu vurğulayıb: “Taktiki cəhətdən komanda bu gün çox hazırlıq idi. Başda Qurban hoca olmaqla hər kəsi təbrik edirəm. Bu qələbə qazandığımız böyük zəfərə kiçik bir töhfəmiz oldu. Buna görə çox qürurluyam”.
O, “Molde”nin qapıçısının çıxışını xüsusi qeyd edib: “Rəqib qapıçını təbrik edirəm. “Qarabağ”ın gözü onda olmalıdır (gülür). Bu gün möhtəşəm oynadı, inanılmaz toplar qaytardı”.
T.Gözəl bildirib ki, hesab arasındakı fərq daha böyük olmalı idi: “Bu gün 3 xal qazandıq. Əsas budur. Lakin 3:0 hesabı ilə də qalib gələ bilərdik".
Klub rəhbəri UEFA Avropa Liqasında daha irəli getmək istədiklərini söyləyib: “Hazırda ikinci yerdəyik. Qrupu belə də bitirsək, yaxşı olar. “Bayer” Bundesliqanın liderlərindəndir. Amma biz də hazırda yaxşı formadayıq. Bacardığımız qədər irəli gedəcəyik. “Qarabağ” avrokuboklarda hər il daha yaxşı formada olur”.
O, “Qalatasaray”la müqayisədə “Qarabağ”ın “Molde” üzərində daha rahat qələbə qazanması fikrinə belə münasibət bildirib: “Qalatasaray” qardaş klubdur. Amma etiraf edək ki, Bakıda keçirdiyimiz xeyriyyə matçında meydanda tam mübarizə getmədi. Onlarla avrokuboklarda oynamaq arzumdur. İnanıram ki, biz “Qalatasaray”a qarşı da layiqli mübarizə aparacaq gücdəyik”.
Tahir Gözəl “Şahruddin Məhəmmədliyevin gedişindən sonra oyuna daha rahat baxdınızmı?” sualını belə cavablandırıb: “Bu gün Andrey Lunyovdan razı qaldım. Şikayətim yoxdur. Ümumiyyətlə, bugünkü “Qarabağ”dan məmnunam. Az risk etmək yaxşıdır. Şahruddin də özəl insandır. Onun öz dəsti xətti var idi”.
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"