"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində "Olimpiya"ya (Sloveniya) qarşı keçirəcəkləri cavab oyunu haqda danışıb.
Qol.az xəbər verir ki, o, görüşdən əvvəl təşkil olunan mətbuat konfransında ilk matçdakından daha ciddi oynamalı olduqlarını deyib:
"Bu, qrup öncəsi son oyunumuzdur. İlk matçda qalib gəlsək də, cavab oyununa ciddi yanaşmalıyıq. Səfərdəki matçdan sonra fikirlərimi bildirmişdim. Rəqibin öz oyun üslubu, özəllikləri var. Arxayınlaşmaq olmaz. Son çempionat oyunlarına da baxdıq. Məğlub olsalar da, yaxşı oynadılar. Qol epizodları çox idi, lakin şanslardan istifadə edə bilməmişdilər. Çalışacağıq, yaxşı mübarizə aparaq. Futbolçularıma inanıram".
Q.Qurbanov "Qarabağ" ən yaxşı oyunlarından birini "Olimpiya" ilə səfərdə keçirdi. Sabah buna nə mane ola bilər" sualına belə cavab verib: "Deyə bilmərəm. Hesaba aldanmamalıyıq. Rəqib sabah çəkinməyəcək, risk edəcək. Hesabı qorumaq üçün oynamayacağıq. Daha aqressiv olmalıyıq. Rəqimiz "Olimpiya"nın istənilən komandaya qalib gəlmək potensialı var. Daha ciddi olmalıyıq. Başqa nəsə haqda düşünməməliyik. "Olimpiya"nın gücünü bilirik. İlk matçı analiz edəndə futbolçular gördülər ki, nə çətinlik çəkmişik".
Baş məşqçi zədəli futbolçuları Patrik Andrade və Bədavi Hüseynovun durumundan da danışıb: "Vaxt var hələ. Onların zədələri ciddidir. Ən tezi 10 günə məşqlərə başlayacaqlar".
Q.Qurbanov yeni transfer etmək üçün danışıqların getdiyini bildirib: "Transferdə aktivik. Nəzərdən keçirdiyimiz oyunçular var. Qarşə tərəfdən bir az passivlik hiss olunud. Son günə qədər çalışacağıq".
O, sabahkı oyunda qapıda kimin dayanacağına qərar vermədiyini deyib: "Hələ tam heyəti müəyyənləşdirməmişəm".
Q.Qurbanov sonda Kevin Medinanın komandadan ayrılıb-ayrılmayacağı haqda sualını cavablandırıb: "Xeyr. Əksinə, müdafiə mövqeyinə axtarışlar var. Arxa xətti gücləndirmək haqda düşünürük".
Qeyd edək ki, bu komandalar arasında ilk görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab oyunu isə sabah Tofiq Bəhramo adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"