“Səbail”in baş məşqçisi Şahin Diniyevin Qol.az saytına müsahibəsi
- Mövsümdə ilk qələbənizi Tovuz səfərində qazandınız. Geridə qalan 4 turdan sonra komandanızın oyununu necə dəyərləndirirsiniz?
- Keçirdiyimiz 4 oyunda komanda yaxşı futbol oynayıb. Sadəcə nəticələrimiz olmayıb. Buraxdığımız 8 qoldan 5-i müdafiəçilərimizin rəqibə hədiyyəsi idi. Birdən-birə meydana 9 yeni futbolçumuz çıxır. Uyğunlaşma lazımdır. Futbolçular arasında anlaşma hələlik istədiyimiz kimi deyil. Oyundan-oyuna yerinə oturur. Bizim də bir futbol fəlsəfəmiz var. Onu komandaya aşılamaq istəyirik. Çətinliklər olacaq. Demişdim ki, 5-6 turdan sonra komanda relsə düşə bilər. Məni sevindirən odur ki, komandam futbol oynaya bilir. Nəticə gec-tez gələcək. Amma komandamızda çatışmazlıqlar var.
- Çatışmazlıqlardan biri kimi 4 oyuna 8 qol buraxmağınızı göstərmək olar?
- Bəli. Qeyd etdiyim kimi, 5 qolu sırf müdafiəçilərimizin kobud səhvindən buraxmışıq. Yəni bu, komanda şəklində yox, fərdi səhvlərdən olub. Qapımızda bir olmayan penalti də verilib.
- Yay fasiləsində heyətində böyük dəyişiklik etdiniz. İstədiyiniz transferləri həyata keçirə bildiniz?
- Məşqçi heç vaxt transferlərdən razı qalmır. Arzularımızla gerçəklik üst-üstə düşmür. Ümumi götürsək, yeni futbolçulardan razıyam. Seleksiya işlərində, bu komandanın formalaşmasında Şəhriyar Rəhimovun əməyi böyükdür. Allah ona rəhmət eləsin. Gecələr yatmayıb, oyunçu seçimində mənə çox kömək olurdu. Onun ailəsinə və yaxınlarına bir daha səbr diləyirəm. Yeri cənnətdir, bunu tam əminliklə deyirəm.
- Premyer Liqada növbəti oyununuz “Qarabağ”a qarşı olacaq. Bu görüş haqda nə düşünürsünüz?
- “Qarabağ”ın adı bizim üçün motivasiyadır. İki cəbhədə mübarizə aparırlar. Ona görə də komandada problemlər var. Oynamayan futbolçuları olur. Onlardan istifadə etməyə çalışırlar. Ancaq “Qarabağ” adı özü brenddir. Onlara qarşı oynamaq fəxrdir. Biz də onlara qarşı futbol oynayacağıq. Yəni tək müdafiə olunmaq, qol buraxmamaq haqda düşünməyəcəyik. Açıq futbol oynayacağıq. Bu, nə dərəcədə uğurlu olacaq, bilmirəm. “Qarabağ” həm özü futbol oynayır, həm də rəqibə oynamaq imkanı verir. Ona görə də belə komanda ilə oynamaq çox xoşdur.
- “Qarabağ” 4 oyuna cəmi 7 xal toplayıb, məğlubiyyət və heç-heçələri də var. Bu, sizin də yaxşı nəticə qazanacağınıza şans verir?
- Şans əslində həmişə var. “Qarabağ”ı da başa düşmək lazımdır. İki cəbhədə mübarizə aparırlar. Buna görə də rotasiyalar etməyə məcbur olurlar. Oyun praktikası az olan futbolçular meydana çıxanda bir qədər çətinlik yaşayırlar. Bununla belə, “Qarabağ” öz yolu ilə gedəcək, zaman keçdikcə komanda daha yaxşı olacaq. Oyunla bağlı deyim ki, bizi çox çətin bir görüş gözləyir.
- “Səbail” bu mövsüm hansı yerlər uğrunda mübarizə aparacaq?
- Çox maraqlı və çətin çempionatımız var. Güclər bərabərləşməsə də, zəif hesab etdiyimiz komandalar inkişaf edib. Hər bir komanda yaxşı nəticə qazana bilir. İndi autsayder yoxdur. Ortabab komandaların sayı daha çoxdur. Məsələn, “Qəbələ” göstərdiyi oyuna görə bu gün sonuncu yerdə olmamalıdır. Komanda bir neçə turdan sonra öz gücünü göstərəcək. Biz isə ötən mövsümkündən daha yaxşı yerlər uğrunda mübarizə aparacağıq. Desəm ki, çempionluğa, yaxud da medallar uğrunda oynayacağıq, düzgün olmaz. İştah diş altındadır, oynadıqca istəklər, hədəflər dəyişir. Bu mövsüm gözlənilməz nəticələr çox olacaq. Çempionluq, medalçılar, yaxud da sonuncu yerin sahibi əvvəldən bilinməyəcək. Çünki güclər bərabərləşib. Rəhbərlik də bildirib ki, elə bir komanda quraq ki, əməli yaxşı olsun.
- “Səbail”ə gəlişinizdə bildirmişdiniz ki, rəhbərlik çox iddialıdır. Bu yay 13 transfer etmisiniz ki, onlardan 7-si legionerdir. Yəqin ki, klub rəhbərliyinin də öz tələbləri olacaq.
- Bizim rəhbərliklə komanda arasında yaxşı bir vəhdət var. Rəhbərlik mənim işimə heç bir müdaxilə etmir, əksinə kömək edirlər. Bizim rəhbərlik qarşısında öhdəçiliyimiz yaxşı oyun göstərib nəticələr qazanmaqdır. Biz klub olaraq həmişə iddialıyıq. Zamana ehtiyac var. Düzgün istiqamət götürsək, zamanla hər şey yoluna düşəcək.
Ramiq Ağaməmmədov
"Fənərbaxça"dan heç-heçə
Alonso Mbappe və Ronaldonu müqayisə etdi
"Zirə" - "Qarabağ" matçından - Video
“Bavariya” “Ştutqart”ı darmadağın etdi
Ərəblər “Real”ın futbolçusu üçün hərəkətə keçdi
“Lill” gənc ulduzu ilə müqaviləni yenilədi
“Qarabağ” - “Ayaks” matçını yayımlayacaq kanal dəyişdi
“Vilyarreal”dan doğma meydanda qələbə
"Qarabağ"la matçda qazanılan xal dəyərlidir" - Rəşad Sadıqov
“Oyunçular emosional davrana bilər, amma əsəblərini cilovlamalıdırlar” - Qurban Qurbanov
“Aston Villa” son dəqiqə qolu ilə qalib gəldi
“Zirə” “Qarabağ”la bərabərə qaldı
Mərc qalmaqalı səbəbindən matç təxirə salındı
Münhen klubu Şlotterbek iddialarına aydınlıq gətirdi
İtaliya nəhəngləri gənc müdafiəçi üçün səfərbər oldu
"Zirə" - "Qarabağ": Heyətlər
Alba karyerasının sonuncu oyununa çıxır
İnfantino Trampa verilən mükafatdan danışdı
3 nəhəng bu futbolçu üçün mübarizə aparır
Cessi Linqard klubundan ayrıldı
“Barselona” Arauxo problemlini həll etməsə...
Marselo: “Yamal mənim üçün çətin rəqib olardı”
PSJ-nin istədiyi futbolçu ilə müqavilə uzadıldı
UEFA cəzanı azaltdı
Püşkatma mərasimini tənqid etdilər
Tramp DÇ-2026-nın favoritini açıqladı
Bundesliqada 13-cü tur start götürdü
“Qalatasaray”dan çətin qələbə - Video
"Araz-Naxçıvan" "Benfika"ya məğlub oldu
DÇ-2026-nın püşkü atıldı
“Real”ın müdafiəçisi sıradan çıxdı