Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi Avropa çempionatında çıxışını başa vuran qadın voleybolçulardan ibarət millimizlə görüşüb.
Qol.az xəbər verir ki, bu haqda federasiyanın yaydığı açıqlamada bildirilib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüşdə AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə heyetinin üzvləri, eləcə də millimizin hazırda Bakıda olan oyunçuları və texniki heyəti iştirak edib.
Ş.Bağırov qeyd edib ki, voleybolçularımız Avropa çempionatında arzulanan nəticəni əldə edə bilməsələr də, sonadək mübarizə apardılar. O, idmançılarımızın uğurlu çıxış üçün əllərindən gələni etdiklərini vurğulayıb və onlara təşəkkürünü bildirib. Federasiya rəhbəri voleybolçularımıza ruhdan düşməməyi, bundan sonrakı yarışlara köklənməyi tövsiyə edib.

Ölkədə voleybolun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən və nəzərdə tutulan planlardan danışan Ş.Bağırov onu da bildirib ki, federasiya həm qız, həm də oğlan voleybolçuların yetişdirilməsi ilə bağlı işlər görür. Artıq bu məqsədlə bir sıra seleksiya xarakterli tədbirlər həyata keçirilib, düşərgələr təşkil edilib. Həmçinin bölgələrdə voleybola marağın artırılması və uşaqların bu idman növünə cəlb edilməsi üçün regional klublar, mərkəzlər yaradılır. Qeyd edilib ki, bütün bu işlərin məqsədi seçilən uşaqların professional voleybolçu kimi yetişdirilməsi və onların gələcəkdə milli komandalarımızın heyətində çıxış etməsidir.
Görüşdə bildirilib ki, bəzi oyunçularımız artıq klub mövsümünə hazırlıq məqsədilə çıxış edəcəkləri komandaların bazasına yollanıblar, bəziləri isə bir müddət sonra klublarına qoşulacaqlar. Federasiya rəhbərliyi həm xarici çempionatlarda, həm də ölkə birinciliyində mübarizə aparacaq voleybolçularımıza ugurlar arzulayıb.
Daha sonra millimizin üzvləri və AVF rəhbərliyi Avropa çempionatındakı çıxışla bağlı fikir mübadiləsi aparıblar.
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video