Azərbaycan millisinin üzvü Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" bu gün İsveç çempionatında 21-ci tur oyununa çıxıb.
Qol.az xəbər verir ki, komanda "Deqefors"u qəbul edib. Görüş "Yurqorden"in 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Musa meydana start heyətində daxil olub və 89-cu dəqiqədə Teo Berqvali ilə əvəzlənib. Musa görüşdə dubl edib və 1 qolun ötürməsini verib. O, het-trik etməyə yaxın olsa da, 58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib.
Xatırladaq ki, M. Qurbanlı 4 gün əvvəl İsveç kubokunun seçmə mərhələsində "Sandvikens"lə görüşdə (5:1) 1 qol vurub. Yığmamızın 21 yaşlı hücumçusu həm də sözügedən qarşılaşmada qolla nəticələnən penaltinin səbəbkarı olub.
Qeyd edək ki, "Yurqorden" hazırda 37 xalla 4-cü, "Deqefors" 20 xalla 14-cüdür.
27 avqust
19:30. "Yurqorden" - "Deqefors" - 4:1
Qollar: Qustav Medonsa Uikhem, 2 (Qol ötürməsi: Musa Qurbanlı), Yozef-Klaud Qyau, 20 (1:1), Musa Qurbanlı, 23 (2:1), 34 (3:1), Markus Danielson, 64
Qeyri-dəqiq penalti zərbəsi: Musa Qurbanlı, 58 ("Yurqorden")
Musanın ilk qolunun videosu
İkinci qolun videosu
Qol ötürməsinin videosu
Yuxarı
“Tottenhem”də ciddi itki
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı