Fevralın 13-də Azərbaycan Premyer Liqasında XX turun daha 3 oyunu keçirilib. Qol.Az-ın məlumatına görə, "Neftçi" və "Xəzər Lənkəran" komandaları arasındakı "böyük oyun" məhz bu günə təsadüf edib.
Hazırda turnir cədvəlinə başçılıq edən flaqman uduzsaydı, liderliyini əldən verəcəkdi. Bu səbəbdən, "Xəzər Lənkəran" ilk dövrədəki matçda olduğu kimi yenə qalib gəlməli idi. Hər iki komandanın səylərinə və yaratdıqları çoxsaylı qol imkanlarına baxmayaraq, hesab açılmadı.
Hazırda ilk 6-lıqda yer alan "Qarabağ"la "Qəbələ" arasındakı qarşılaşma da az maraq doğurmurdu. Oyun "Qəbələ"nin qələbəsi ilə yekunlaşsaydı, "Bakı"nın 6 ən güclü komanda arasına düşməsi daha da çətinləşəcəkdi. "Qarabağ" isə qələbə təqdirində ilk "6-lıq" mərhələsində mübarizəni davam etdirmək hüququ əldə edəcəkdi.
Türkiyənin "Eskişehirspor" klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozan Rəşad Sadıqov "Qarabağ"ın start heyətində meydançaya çıxıb. Ötən ilin avqustunda "Neftçi" ilə oyun zamanı ağır zədə almış Əfran İsmayılov isə uzun fasilədən sonra Ağdam komandasının 18 nəfərlik heyətində yer alıb. O, 71-ci dəqiqədə Vüqar Nadirovun əvəzinə meydançaya daxil olub. Beləliklə, istedadlı yarımmüdafiəçi 6 aydan sonra rəsmi matça çıxıb. O, oyuna girdikdən 3 dəqiqə sonra komandasının 3-cü qolunu vurub. Oyun güclü küləkli hava şəraitində keçib. Yekunda 3:0 hesablı qələbə qazanan "Qarabağ" ilk "6-lıq"da mübarizəni davam etdirmək hüququna yiyələnən 3-cü komanda olub.
Lakin Qurban Qurbanovun komandası 3-cü pillədə 2 saatdan çox qala bilməyib. Buna "İnter"in autsayderlər qrupundan qurtulmaq üçün mübarizə aparan "Simurq"u yenməsi səbəb olub. Zaqatala komandasının qapısından iki cavabsız top keçirən paytaxt klubu ilk "6-lığ"a vəsiqəni təmin edən 4-cü komanda olub. "İnter" həm də 3-cü pilləyə yüksəlib.
Dünən isə daha 3 oyun olub. Turun açılış matçında Premyer Liqanın autsayderi MOİK öz meydanında Tovuzun "Turan" klubunu qəbul edib. Türkiyəli mütəxəssis Naci Şensoyun yenidən "Turan" klubuna qayıdışı uğurlu alınıb. MOİK-lə oyunda xoş təsir bağışlayan Naci Şensoyun komandası bu qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılıb.
Paytaxtın digər klubu AZAL isə bu tur "Gəncə"ni qonaq edib. Gəncəlilər "altılığ"a düşmək şansını itirsələr də, onların istənilən rəqibə qarşı ciddi müqavimət göstərəcəyi əvvəlcədən bəlli idi. Bu görüşdə hər 2 tərəfin səylərinə baxmayaraq oyunda hesab açılmayıb - 0:0. Nazim Süleymanovun komandası bu nəticə ilə vacib 2 xal itirib. "Gəncə" isə ilk "6-lıq"dan əlini tam üzüb.
Günün ən maraq doğuran qarşılaşması isə "Bakı" ilə "Muğan" arasında keçirilib. Salyan təmsilçisinin "altılığ"a düşmək şansı qalmasa da, bu nöqteyi nəzərdən qarşılaşma "Bakı" üçün olduqca vacib idi. Lakin latviyalı məşqçi Aleksandr Starkovun "Bakı"da ilk debütü uğursuz alınıb. Paytaxt klubu bu görüşdə 2 vacib xal itirməklə "altılığ"a düşmək yolunda ağır zərbə alıb. "Bakı" ilk yarıda üstün futbol nümayiş etdirməsinə baxmayaraq, ikinci hissənin əvvəlində qapısından qol buraxıb. Bundan sonra paytaxt klubu rəqibin müqavimətini qıra bilməyib və oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib.
Beləliklə, ilk "6-lıq"da mübarizə aparacaq 4 klub məlumdur. Bunlar "Neftçi", "Xəzər Lənkəran", "İnter" və "Qarabağ"dır. Daha 2 vəsiqəyə isə 3 komanda - AZAL, "Qəbələ" və "Bakı" iddialıdır.
13 fevral (bazar)
18:00."Neftçi" - "Xəzər Lənkəran" - 0:0
Hakimlər: Vüsal Əliyev, Elman Musayev, Vaqif Musayev, Əliyar Ağayev
Tofiq Bəhramov adına Respublika stadionu.
Oyun ötən il fevralın 11-də "Neftçi"nin faciəli şəkildə dünyasını dəyişmiş əməkdaşları Alim Məmmədov və Vahid Həmidovun xatirəsinə 1 dəqiqəlik sükutla başlayır. Flaqman meydançaya "Neftçi" sizi unutmayacaq" yazılan bannerlə çıxır. 79-cu dəqiqədə iki komandanın futbolçuları arasında gərgin anlar yaşanır. Buna Elnur Abdullayevin Denis Silvaya qarşı sərt oyunu səbəb olur. Silva Abdullayevin üzərinə yeriyir. Hər iki komandanın digər futbolçuları da özlərini insident məkanına yetirir. Kamran Ağayevin xüsusi fəallığından sonra ara sakitləşir. Hakim isə Denis Silva və Elnur Abdullayevə sarı vərəqə göstərir.
14:00."Qarabağ" - "Qəbələ" - 3:0
Qollar: Rauf Əliyev, 14. Georgi Adamiya, 63. Əfran İsmayılov, 74
Hakimlər: Elçin Məmmədov, Roman Vasilyev, Mehman Mahmudov, Rauf Cabbarov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.
16:00."İnter" - "Simurq" - 2:0
Qollar: Rövşən Əmiraslanov, 25. Danildo Assioli, 68
Hakimlər: Rövşən Əhmədov, Elşən Acalov, Rza Məmmədov, Fuad Həsənov
"Şəfa" stadionu.
12 fevral (şənbə)
18:30."Bakı" - "Muğan" - 1:1
Qollar: Əziz Quliyev, 5 (1:0), Elşən Məmmədov, 47 (1:1)
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Mübariz Haşımov, Elvin Əsgərov
Tofiq Bəhramov adına Respublika stadionu.
13:30.MOİK - "Turan" - 0:2
Qollar: Georgi Çediya, 26 (0:1), Yasin Abbasov, 66 (0:2)
Hakimlər: Ramil Diniyev, Azad Q. Hüseynov, Habil Əliyev, Feyzulla Feyzullayev
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
15:00.AZAL - "Gəncə" - 0:0
Hakimlər: Elnur Muradov, Ramiz Əsədov, Munis Abdullayev, Əfqan Həmzəyev
"Şəfa" stadionu.
Turnir cədvəli
|
№ |
Komanda |
O |
Q |
H |
M |
T-F |
Xal |
|
1 |
"Neftçi" |
20 |
12 |
6 |
2 |
36 - 9 |
42 |
|
2 |
"Xəzər Lənkəran" |
20 |
12 |
5 |
3 |
23 - 10 |
41 |
|
3 |
"İnter" |
20 |
11 |
4 |
5 |
19 - 13 |
37 |
|
4 |
"Qarabağ" |
20 |
11 |
3 |
6 |
24 - 12 |
36 |
|
5 |
AZAL |
20 |
9 |
8 |
3 |
26 - 14 |
35 |
|
6 |
"Qəbələ" |
20 |
8 |
6 |
6 |
19 - 13 |
30 |
|
7 |
"Bakı" |
20 |
8 |
5 |
7 |
27 - 21 |
29 |
|
8 |
"Gəncə" |
20 |
5 |
8 |
7 |
23 - 26 |
23 |
|
9 |
"Muğan" |
20 |
5 |
6 |
9 |
12 - 23 |
21 |
|
10 |
"Turan" |
20 |
3 |
6 |
11 |
16- 28 |
15 |
|
11 |
"Simurq" |
20 |
2 |
6 |
12 |
12 - 30 |
12 |
|
12 |
MOİK |
20 |
1 |
3 |
16 |
17 - 38 |
6 |
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?