“Ağır oyun oldu. Hər iki matça baxsaq, yaxşı çıxış etdik. Növbəti mərhələyə adlamağa layiq idik”.
Qol.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Adrian Mutu Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında “Jelezniçar” üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edərkən deyib.
Rumıniyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Böyük ehtimalla, növbəti mərhələdə "Beşiktaş"la qarşılaşacaqsınız...
- Çox gözəl 2 oyun olacaq. "Beşiktaş" güclü rəqibdir. Amma ona qədər çempionatda matçımız var. Sabahdan etibarən Azərbaycan Premyer Liqasındakı qarşılaşmamız haqda düşünəcəyik.
- Bugünkü komanda görmək istədiyiniz "Neftçi"nin neçə faizidir?
- Deyə bilmərəm. Amma bu yolda işləyirik. Yavaş-yavaş formaya düşəcəyik.
- Hücumun mərkəzində problem olduğu görünür. Hədəfinizdəki hücumçu kimdir?
- Hazırda iki gənc hücumçumuz var. Buna baxmayaraq, yenə də hücumçu transfer etmək istəyirik ki, rəqabət artsın.
- Yeni transferlər gedən futbolçulardan səviyyəcə çox üstündürmü?
- Oyunçuları müqayisə etmək istəməzdim. Hər məşqçinin işinə hörmətlə yanaşıram. Hər şeyə əvvəldən başlamışıq.
- Matçın gedişində zədələnən Azər Əliyevin durumu necədir?
- Dirsəkdən zədə alıb. Hazıra xəstəxanadadır. Ümid edirəm ki, düzələcək.
- Hazırda "Tirana" - "Beşiktaş" matçı davam edir. Hansı komanda ilə qarşılaşmaq istəyərdiniz?
- Sözün düzü, hansısa istədiyim rəqib yoxdur, hansı olursa, olsun. Çalışacağıq ki, öz oyunumuzu oynayaq və inkişaf edək.
- Bundan əvvəl məşqçilər yerli futbolçuların səviyyəsi ilə bağlı müəyyən problemləri dilə gətirirdi. "Neftçi" bu yerli və legionerlərlə Premyer Liqada çempion olmağa hazırdır?
- Yerlilər barədə şikayət etmək istəmirəm. Heyətdə çox güclü və təcrübəli yerli oyunçular var. Oyunçularım tapşırıqlarımı yaxşı qavrayırlar, yerinə yetirirlər. Qarşımıza qoyulan məqsəd titul qazanmaqdır. Bu, heç də asan iş deyil. Çalışacağıq. Bilmirəm hara kimi gəlib çıxa biləcəyik. Amma söz verirəm ki, hər oyunda 100 faizimizi meydanda verəcəyik.
- Ervin Koffinin vəziyyəti nə yerdədir və hazırlığı sizi qane edir?
- Koffi zədəlidir, amma buna baxmayaraq, istədim ki, kollektivlə birlikdə olsun. Biz ailəyik. Birlikdə olmalıyıq. Hətta Qara Qarayev və digər zədəlilər də bizimlə birlikdədir.
- Qara Qarayevin "Neftçi"də vitse-kapitan olmaq imkanı var?
- Qara çox yaxşı futbolçudur. Milli üçün də önəmli oyunçulardandır. Hazırda komandanın kapitanı var. Emin Mahmudovdur. Qara ilə dostdurlar, qardaş kimidirlər. Fərq etməz, kapitan sarğısını kim daşıyır. Əsas odur ki, Qara və ya digərləri lider kimi davranıb, liderlik göstərsinlər. Emin də kapitandır, Eddi də. Digər güclü oyunçularımız var. Vacib deyil sarğını kim daşıyır, əsas olan lider kimi davranmaqdır.
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi
Litvada şəhidlərin xatirəsi yad edildi - Şəkillər
Litva - Azərbaycan oyunu bu kanalda
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
“Mançester Siti” rəhbərliyi istefaya gedə bilər
İspaniya millisi 39 oyundur uduzmur
Tuhel: “Bu qədər səhvə yol verməyimizi başa düşmürəm”
İngiltərə uduzdu, Xorvatiyadan qələbə
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu