Klopp yeni kapitanla bağlı qərarını verib

Klopp yeni kapitanla bağlı qərarını verib
DÜNYA FUTBOLU 29 İyul 2023 / 20:29 4249
-  A +

"Liverpul"un baş məşqçisi Yurgen Klopp klubun yeni kapitanı kimi təyin edəcəyi ilə bağlı qərar verib.

Qol.az xəbər verir ki, ötən gün son 7 ildə "Liverpul"un kapitanı olan Cordan Henderson Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubuna keçib.

Klopp yeni kapitanla bağlı "The Sun"a açıqlamasında deyib: "Qərarımı artıq vermişəm, amma əvvəlcə bu barədə oyunçuları məlumatlandırmalıyam".

Qeyd edək ki, ötən mövsüm C.Henderson oynadığı matçlarda kapitanlıq sarğısını Vircil van Deyk və Alisson taxıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
15.07.26  15:24

Mönye bu kluba keçdi

topaz banner