"Napoli"nin baş məşqçisi Luçano Spalletti Çempionlar Liqasının 1/4 finalında "Milan"a uduzduqları ilk oyun (0:1) haqqında danışıb.
Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, mütəxəssis məğlubiyyətə baxmayaraq, komandasının oyunundan razı qaldığını bildirib:.
“Burada müzakirə olunacaq heç nə yoxdur. Matçlar bitdikdən sonra danışmaq vaxt itkisidir. Çünki heç nəyi dəyişmək olmaz.
Oyuna əla kökləndik. Meydanda gördüklərimə görə komandama təşəkkür etdim. Öz üzərimizə düşəni, futbolçulardan gözlədiyimi etdik. Əla iş gördük.
Heyətdəki hər itki vəziyyəti çətinləşdirir. Amma olmayan oyunçularımızı əvəz edə biləcək futbolçularımız var. Bunun sayəsində nailiyyətlər əldə edirik. Təəssüf ki, Zambo-Anqissa qırmızı vərəqə aldığına görə cavab matçında oynamayacaq. Bu, ədalətli deyil. Mən artıq onu kimin əvəzləyəcəyini düşünürəm.
Xarakterimizdən danışsaq, hələ də müəyyən qədər formalaşır. Biz düşdüyümüz vəziyyətlərə, məsələn, “Milan”la öz meydanımızda oynadığımız matçdakı ab-havaya həssas yanaşırıq. Bu gün komandanı necə dəstəklədiyinizi eşitdinizmi? Evdə oynadığımız zaman azarkeşlərin rəhbərliyə qarşı səssiz etirazı var idi və minlərlə "Milan" azarkeşi bayramı edirdi”.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu aprelin 18-i keçiriləcək.
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı
Gündoğan: “Barselona” Avropanın ən yaxşı komandasıdır"
“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”
200-ə çatdı
“Sabah” qalib gəlmək şansımızın ən yüksək olduğu komandadır"
16 yaşlı futbolçu "Real"ın hədəfində
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
İbrahimoviçdən hakimə sərt tənqid: “Oyunu məhv etdi”