"Çelsi"nin baş məşqçisi Frank Lempard Çempionlar Liqasını 1/4 finalının ilk oyununda "Real"a məğlub olmaqlarını (0:2) şərh edib.
Qol.az BBC-yə istinadən xəbər verir ki, o, komandasına özünəinamın az olduğunu deyib:
“Mən 10 oyunçumla fəxr edirəm. Standartı əldən verdiyimiz üçün məyus olduq. Ancaq 10 nəfərlə oynadığımız zaman belə rəqibin bizi parçalaya bildiyini düşünmürəm. Bu, bizim xarakterimizdən irəli gəlir. Joao Feliks, Rahim Sterlinq və Meyson Mauntun qol imkanları var idi. Bu matçda yaxşı şeylər də oldu, amma nəticə reallıqdır. "Stemford Bric"də xüsusi hadisələr baş verir. Ona görə də növbəti mərhələyə keçəcəyimizə inanmalıyıq.
"Çelsi" də "Real" qədər yaxşı komandadır. Amma özümüzə inamımız yoxdur. Futbolçular nə qədər yaxşı olduqlarının fərqində deyillər. Gələn həftə böyük döyüş olacaq. Biz daha pozitiv olmalıyıq".
Qeyd edək ki, sözügedən oyunda 59-cu dəqiqədə Ben Çiluellin qırmızı vərəqə almasından sonra London təmsilçisi 10 nəfərlə qalıb. Bu komandalar arasında cavab qarşılaşması isə aprelin 18-i İngiltərədə, "Stemford Bric" stadionunda oynanılacaq.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı
Gündoğan: “Barselona” Avropanın ən yaxşı komandasıdır"
“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”
200-ə çatdı
“Sabah” qalib gəlmək şansımızın ən yüksək olduğu komandadır"
16 yaşlı futbolçu "Real"ın hədəfində
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
İbrahimoviçdən hakimə sərt tənqid: “Oyunu məhv etdi”