“Çətin oyun idi. “Qəbələ”nin oturuşmuş heyəti var, çempionatda yüksək pillələr uğrunda mübarizə aparırlar. Üstəlik, kubokda da mübarizəni davam etdirirlər. Heyətlərində yaxşı futbolçular cəmləşib. Bir-birilərini çox gözəl başa düşürlər. Bu gün nəticəni düşünürdük. Evdə bəzən yaxşı oynadığımız matçlarda uduzmuşuq. Belədə komandada psixoloji gərginlik yaranır. Ona görə də bu gün nəticə qazanmaq istəyirdik. Havanın isti olması mübarizəni daha da çətinləşdirirdi. Buna baxmayaraq, futbolçular meydanda mübarizə apardılar. İkinci hissədə fərqlənə bilsəydik, qalib gəlmək şansımız daha çox olardı. Amma rəqibin də şansları oldu”.
Qol.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 26-cı turunda “Qəbələ” ilə matçdan (1:1) sonra təşkil olunan mətbuat konfransında deyib.
O, 1 xalın komandası üçün dəyərli olduğunu söyləyib: “Yekunda 1 xal qazandıq və hər xal bizim üçün önəmlidir. İstəyirik ki, turnir cədvəlində bizdən aşağıda qərarlaşan komandalarla xal fərqini artıraq. Çünki 4-cü dövrə çox gərgin keçəcək. 5 gündən sonra bizi səfərdə “Səbail”lə gərgin oyun gözləyir. Həmin matça ciddi hazırlaşacağıq”.
Mütəxəssis Natan Oduvanın yoxluğunun komandası üçün ciddi itki olduğunu bildirib: “Oduva “Neftçi” ilə matçda zədələnmişdi. Dünən komanda ilə birgə məşq etmişdi, özünü yaxşı hiss edirdi. Təəssüf ki, isinmə hərəkətləri zamanı ayağının eyni yerinə toxunuş oldu və ağrıları çoxaldı. Təbii ki, onun yoxluğu bizim üçün böyük itkidir”.
Abbasov “Turan Tovuz”un gələcək planlarından da söz açıb: “Buna qədər ağır bir dövrü keçirdik. Yayda komandanı qurarkən ikinci ildə hansı çətinliklərlə üzləşəcəyimizi düşünürdük. Çünki iddialı rəqiblərlə mübarizə aparmaq çətindir. Şükürlər olsun ki, artıq komandamızın sponsoru var. Onların da ilk baxışları maraqlı idi. Müsbət haldır ki, onlar da tələsmirlər. O mənada ki, təkcə əsas komandanı deyil, akademiyanı, əvəzedici heyəti də düşünürlər. Gələcəklər bağlı planlar çoxdur: qazonun dəyişməsi, bazanın böyüməsi və s. Gələcəkdə yaxşı nəticələr qazanmaq istəyiriksə, klub olaraq böyüməliyik. Təbii ki, gələn il yeni futbolçular olacaq, rəqabət artaracaq. Premyer Liqa bu mövsümkündən də çətin keçəcək. Bütün bunlara hazır olmaq lazımdır”.
Çalışdırıcı tovuzlu azarkeşlərdən razılığını ifadə edib: “Bizim azarkeşlər nümunəvidirlər. “Neftçi”yə 0:4 hesabı ilə uduzduğumuz oyundan sonra da komandaya dəstək oldular. Azarkeşlər də vəziyyəti düzgün qiymətləndirirlər. Təbii ki, mən də uduzmaq istəmirəm. Amma reallıq var və onu düzgün qiymətləndirmək lazımdır”.
O, “Turan Tovuz”la yeni müqavilə imzalamasına da toxunub: “İlk növbədə rəhbərlikdən məndən nə istədiklərini eşitdim. Bu gün reallıq var. Əgər gücüm çatmayan tələblər olsaydı, razılaşmazdım. Lakin rəhbərliyin səbrli olması bizə birgə inkişaf etmək şansı yaradır. Qısa zamanda uğur qazanmaq çətindir. Düzdür, bəlkə ideal şərait qarşılığında 1 ildə də nəticə qazanmaq olar. Lakin bu, davamlı olmayacaq. Biz isə stabil komanda yaratmaq istəyirik. Rəhbərlik də bu düşüncədədir. Onların yanaşması xoşuma gəldi. Əlbəttə, hər məşqçi istəyir ki, bir yerdə mümkün olduğu qədər çox işləsin. Bəzən yer dəyişikliyi çətinlik yaradır. Bir sözlə, rəhbərliklə baxışlarımız eynidir. Hazırda əsas diqqətimizi nəticəyə yönəltməmişik. Təbii ki, bu o demək deyil ki, nəticə istəmirik. Xeyr, gücümüz çatdığı qədər bütün rəqiblərə qarşı mübarizə aparacağıq. Bu gün futbolçulardan ilk istəyim öz meydanımızdakı matçlarda uduzmamaqdır. Rəqiblər səfərdə olduqlarını hiss etməlidirlər”.
Çalışdırıcı müqaviləni 3 illik olmasının səbəbini də açıqlayıb: “Rəhbərlik bu müddəti istədi. Təbii ki, mənə güvəndikləri üçün onlara minnnətdaram. Mən də o inamı doğrultmalıyam. Bunun üçün əlimdən gələni edəcəyəm. Artıq indidən yeni mövsümün planlarını cızırıq, axtarışlara başlamışıq”.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video