“Ötən hesabat ili AFFA üçün əlamətdar oldu. 1992-ci ildə təsis olunmuş AFFA-nın yubileyi ilə bağlı müxtəlif tədbirlər keçirildi. Ölkəmizdə idman dövlət səviyyəsində, birbaşa ölkə başçısı tərəfindən diqqətdədir. Bu qayğıdan futbol da yan keçmir. Futbol ictimaiyyəti də hər il olduğu kimi, ötən il də ölkə başçısının xüsusi qayğısını gördü".
Qol.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev AFFA-nın Hesabat Konfransında çıxışı zamanı deyib.
O, klublara ayrılan maliyyə vəsaitindən söz açıb: "Bu mövsümdən başlayaraq Premyer Liqa klubları arasında stabil maliyyələşməni təmin etmək üçün dövlət tərəfindən hər kluba 3 milyon manat olmaqla 30 milyon vəsait ayrıldı".
Həmçinin oxuyun: “Qarabağ”ın avrokubokdakı uğurlu çıxışı bizə sevinc hissi yaşatdı"
Baş katib dövlətin futbol adamlarına diqqət göstərdiyini vurğulayıb: "Ötən il 13 apreldə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Şöhrət" ordeni ilə təltif edildi. 30 illik yubileylə bağlı futbol ictimaiyyətinin bir qrup üzvü də cənab Prezident tərəfindən müxtəlif adlar və medallarla mükafatlandırıldı. Buna görə, ölkə rəhbərliyinə və Gənclər və İdman Nazirliyinə təşəkkür edirik".
O, regionlarda futbolun inkişafı barədə söhbət açıb: "Ötən il Premyer Liqada klub sayı 10-a çatdı. Futbol coğrafiyası genişləndi. "Turan Tovuz" və “Kəpəz” klubları yüksək liqada çıxış etməyə başladılar. Bu o deməkdir ki, futbolun inkişafı regionlarda da davam edir. Bu faktı irəliyə atılmış addım kimi görürük".
Baş katib millimizin çıxışına da toxunub: "Yığmamız öz nəticələri və məzmunlu oyunu ilə sevindirib. Son 5 oyunda qələbələr qazanıb. Arzu edirik ki, bu qələbələr Avro-2024-ün seçmə mərhələsində də bizimlə olacaq.
Konyada keçirilən İslam oyunlarında uğurlu nəticələrimiz oldu. U-23 yığmamız orada üçüncü yeri tutdu. Komandanın formalaşması təqdim baxımından çətinlik var idi. Amma komanda formalaşdı və məşqçi heyətinin, futbolçuların əzmkar hazırlığını nəzərə alaraq komanda uğurlu nəticə əldə etdi".
S.Hacıyev "Qarabağ"ın da Avropadakı çıxışından söz açıb: "Uğurlu nəticələrdən danışarkən “Qarabağ”ı qeyd etməliyik. Ötən illər olduğu kimi, avrokuboklarda zəfər yürüşündə oldu. Polşa, İsveçrə, Macarıstan çempionlarını məğlub etdi. Avropa Liqasından sonra Konfrans Liqasına yollandı. “Gent”lə matçda təəsssüflər olsun ki, idman xoşbəxtliyi çatışmadı ki, komanda yeni uğura, ilkə imza atsın. Lakin biz əminik ki, növbəti illərdə həm “Qarabağ”, həm də digər klublarımız uğurlu nəticələrlə bizi sevindirəcək"
O, Premyer Liqadakı hakimlik barədə isə deyib: "Premyer Liqadan söz düşmüşkən, VAR sisteminin tətbiqi ilə yadda qaldı, əlamətdar oldu. VAR sistemi uzun hazırlıq prosesi keçdi və müəyyən çətinliklər var idi. Əsas çətinlik pandemiya idi. Müəyyən gecikmələr olurdu. Bunlara baxmayaraq, bu mövsümdən etibarən VAR tətbiq edildi. Biz bu sistemin müsbət tərəfini görürük. Əlbəttə ki, müəyyən məqamlarda nüanslar, çatışmazlıqlar olur. Bu da normaldır. Vaxt keçdikcə, əminik ki, bu məsələlər də öz həllini də tapacaq. FİFA referimiz Əliyar Ağayev bu mövsüm Azərbaycan tarixdə ilk dəfə olaraq, Çempionlar Liqasında oyun idarə etdi. Onun idarəçiliyi müsbət qarşılandı. Bu, həm Əliyara, həm də digər hakimlərimizə də Avropada yol açacaq".
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir