"Çelsi"yə qarşı cavab oyununu buraxacaq

"Çelsi"yə qarşı cavab oyununu buraxacaq
DÜNYA FUTBOLU 20 Fevral 2023 / 22:29 1404
-  A +

Dortmund "Borussiya"sının hücumçusu Kərim Adeyemi zədə səbəbindən təxminən üç həftə meydana çıxa bilməyəcək.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. O, Bundesliqanın 21-ci turunda "Herta" (4:1) ilə matçda zədələnib. 21 yaşlı oyunçuya əzələ lifinin qopması diaqnozu qoyulub .

Beləliklə, Adeyemi Çempionlar Liqasının 1/8 final mərhələsinin martın 7-də Londonda “Çelsi” ilə keçiriləcək cavab görüşündə oynamayacaq. 

Qeyd edək ki, bu komandalar arasında ilk oyunda "Borussiya" 1:0 hesabı ilə qalib gəlib. Komandanın yeganə qolunu Adeyemi vurub.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər