Futbol meneceri Vaqif Heydərli Azərbaycan klublarının qış fasiləsində etdiyi transferlər barədə danışıb.
O, Qol.az-a açıqlamasında əsas liqa komandalarının transferləri belə dəyərləndirib: “Yeni transferlər haqqında fikir bildirmək hələ ki, tezdir. Bu futbolçulara ən azı 1 aydan artıq vaxt lazımdır ki, nəsə demək olsun. Onlar ölkəyə, çempionata uyğunlaşmalıdır. Aralarında uzun müddətdir oynamayan futbolçular var. Bu futbolçuların oyun praktikasının artması üçün müəyyən zamana ehtiyac duyulur. Bu transfer dövründə “Qarabağ”ın aldığı oyunçuların səviyyəsi göz önündədir. Cica, Diakabi, Benzia – hər biri karyerasında parlaq oyun keçirən futbolçulardır. Onlardan Diakabi və Benzia daha üstün liqalarda oynayıblar. “Neftçi”nin də transferləri uğurludur. Onların ölkə çempionatında nə qədər uğurlu olacağını isə zaman göstərəcək".
V.Heydərli xatırladıb ki, “Zirə” Donald Gerye kimi tanış simanı transfer etdi: “Kulaç haqqında isə nəsə deməyə ehtiyac yoxdur. “Dinamo”dan gəlib, “Vorskla”da çıxış etdiyi zaman Ukrayna çempionatının bombardiri olub. Avrokuboklarda çıxış etmiş futbolçudur. Təəssüf ki, gələndən sonra zədələndi. Portuqaliyadan transfer olunan Abbas İbrahiminin də oyun təcrübəsi komandasına yaxşı kömək edəcəyini göstərir. “Qəbələ” son anda transfer etdi. Bu oyunçunu uzun müddətdir tanıyıram. Oyun üslubuna görə, Azərbaycan Premyer Liqasına uyğunluğu baxımından Əyyub Allaş mükəmməl transferdir. O, oyun tərzinə çempionatda az-az rast gəlinən futbolçulardan olacaq. İntellekti, meydanı hiss etməsi baxımından “Qəbələ”yə çox faydası olacaq".
O bildirib ki, “Turan Tovuz”un transfer edəcəyi büdcəyə əsasən gözlənilmirdi: "Amma fürsət tapıb transfer həyata keçirdilər. Marandiçi keyfiyyətli futbolçudur, albaniyalı Belaydi Pusi isə yaxşı təsir bağışlamır.
Yayda edilən transferlərə nisbətən “Sumqayıt” qışda daha parlaq transferlər etdi. Ən azından bu, belə görünür. Bunun təsdiqini tapması üçün müəyyən müddət lazımdır. “Kəpəz” yerli futbolçularla yanaşı, qapıçı da aldı. Hələ ki, qapıçı komandaya kömək etmək baxımından uğurlu görünmür. Salif Sisse isə haqqında nəsə demək hələ ki, tezdir. Onu geniş şəkildə görmək imkanımız olmayıb. “Qəbələ” ilə çox az oyun keçirdi. “Səbail” isə Fransa 2-ci liqasından 1 transfer edib. David Qomis oynadığı çempionatın kifayət qədər ciddi səviyyəsi var. Azərbaycana Fransa 2-ci liqasından gələn oyunçular həmişə uğurlu olublar. “Şamaxı” isə yerli transferlər edib. Onların strategiyası belədir”.
Vaqif Heydərli “Qarabağ”ın qapıçı ala bilməməsindən də danışıb: “Qarabağ”ın qapıçı problemi gözlənilməz oldu. Qış transferində keyfiyyətli oyunçu tapmaq çətindir. Nəzərə alsaq ki, “Qarabağ” keyfiyyətli qapıçı almalıdır, belə qapıçılar isə qış dövründə boşda olmur. Məncə, layiqli namizəd olmadı. Sadəcə qapıçı xətrinə almaq üçün olsaydı, çox qapıçı kluba gətirmək olardı. Amma keyfiyyətli qapıçı lazımdır”.
O, “Qarabağ” klubuna transfer üçün oyunçu təklif etdiyini də dilə gətirib: “Bəli, “Qarabağ”a bir neçə oyunçu təklif etmişdim. Təəssüf ki, müəyyən səbəblərə görə alınmadı”.
Azad Nuriyev
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı