“Düşünürəm ki, “Qəbələ”dən daha yaxşı oynadıq. Təəssüf ki, oyunun başlanğıcında qol buraxdıq. Tez reaksiya verib hesabı bərabərləşdirdik. Oyuna nəzarət edirdik, qol şansı yaradırdıq, ancaq cəmi 1 xal qazandıq. Nəticədən məyus olduq".
Bu sözləri Qol.az-a açıqlamasında “Zirə”nin hücumçusu Loris Bronyo Misli Premyer Liqasının 21-ci turunun "Zirə" - "Qəbələ" matçı (2:2) barədə danışarkən deyib.
Bronyo komandasının ikinci qolunun müəllfi olub. O deyib ki, çempionatda mübarizə davam edir: "Mövsüm hələ uzundur, bizim qarşıda çox oyunumuz var. Hər şey ola bilər, “Neftçi” dünən qalib gəldi. Aramızdakı xal fərqini artırdı. Amma biz təslim olmayacağıq. "Neftçi"ylə matçda da oyuna nəzarət edirik, çox yaxşı oynayırdıq. Məğlub olsaq da, sərgilədiyimiz oyun çox yaxşı idi. Belə oynasaq, nəticə də gələcək. Konfrans Liqasına çıxmaq üçün sona qədər mübarizə aparacağıq. Oyun keyfiyyəti və fiziki baxımdan yaxşı durumdayıq. Mövsüm bitənə kimi heç vaxt təslim olmuruq”.
Hazırda ölkə çempionatında yeganə belçikalı oyunçu olan Bronyo Azərbaycan liqası barədə ölkəsindəki futbolçularla danışdığını vurğulayıb: “Belçikadakı dostumla Azərbaycan Premyer Liqası haqqında çox danışıram. Əvvəllər orada heç kim Azərbaycan çempionatı barədə məlumatlı deyildi. Amma indi fikir dəyişib. Çünki Azərbaycan yaşamaq üçün çox yaxşı ölkədir. Liqanın özündən isə həzz ala bilərsiniz. Yaxşı futbolçular var. Mən hazırda Azərbaycan çempionatında yeganə belçikalıyam. Amma gələcəkdə başqalarının da burada oynayacağını düşünürəm”.
O, “Zirə” ilə bu yay başa çatacaq müqaviləsini uzadıb-uzatmayacağı barədə də danışıb: “Hazırda yalnız komandamız barədə düşünürəm. Bəli, müqaviləm mövsüm sonunda başa çatacaq. O vaxta qədər var gücümlə komandaya kömək etməyə çalışacağam. “Zirə”də özümü çox yaxşı hiss edirəm. Gələcəkdə nəyin necə olacağını bilmirəm. Buna birlikdə şahid olacağıq".
Bronyo 22-ci turda “Səbail”lə keçirəcəkləri matç barədə də fikirlərini açıqlayıb: “Bütün oyunlar çox çətindir. Ona görə də bazar günü maraqlı mübarizə olacaq. 3 xal qazanmaq istəyirik. Nəticə əldə etmək üçün bütün gücümüzü sərf edəcəyik”.
Azad Nuriyev
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı
“Mançester Siti” öz meydanında uduzdu - Video
Kokauri "Böyük Dəbilqə"də gümüş medal qazandı
Renatın komandasının oyunu yarımçıq saxlanıldı
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video