İngiltərə Premyer Liqasında 14-cü tura start verilib.
Qol.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib.
“Brentford” – “Vulverhempton” və "Fulhem” – “Everton” oyununda heç-heçə qeydə alınıb. “Kristal Pelas” “Sauthempton”u, “Nyukasl” isə “Aston Villa”nı məğlub yola salıb.
“Tottenhem” səfərdə “Bornmut”a qalib gəlib. “Çelsi” isə gözlənilmədən “Brayton”a böyük hesabla uduzub. Maraq üçün qeyd edək ki, ötən ay "Çelsi"yə baş məşqçi təyin edilən Qrem Potter məhz "Brayton"dan London klubuna keçib. Beləliklə, Potter sabiq klubuna qarşı ilk görüşdə böyükhesablı məğlubiyyətə üzülüb.
“Liverpul” isə evdə “Lids”ə uduzub. Son çempion “Mançester Siti” “Lester"lə səfər oyunundan qalib ayrılıb.
29 oktyabr
İngiltərə Premyer Liqası
14-cü tur
"Lester" – "Mançester Siti" - 0:1
Qol: De Bruyne, 49.
"Bornmut" – "Tottenhem" - 2:3
Qol: Mur, 22; 49 – Sessenyon, 57. Deyvis, 73. Bentankur, 90+2.
"Brentford" – "Vulverhempton" - 1:1
Qol: Mi, 50 – Neves, 52.
"Brayton" – "Çelsi" - 4:1
Qol: Trossar, 5. Loftus-Çik, 14-öz qapısına. Çaloba, 42-avtoqol. Qross, 90+2 – Haverts, 48.
"Kristal Pelas" – "Sauthempton" - 1:0
Qol: Eduard, 38.
"Nyukasl" – "Aston Villa" - 4:0
Qol: K.Uilson, 45+6-pen; 56. Joelinton, 59. Almiron, 67.
"Fulhem" – "Everton" - 0:0
"Liverpul" – "Lids" - 1:2
Qol: Salah, 14 – Rodriqo, 4. Sammervill, 89.
Qeyd edək ki, turnir cədvəlinə 12 oyuna 29 xalla "Mançester Siti" başçılıq edir. "Arsenal" 11 oyuna 28 xalla 2-ci, "Tottenhem" 13 oyunla 26 xalla 3-cüdür.
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı