"Real"ın futbolçusu Kərim Benzema 2009-cu ilin yayında "Lion"dan Madrid klubuna keçməsinin səbəbi haqda danışıb.
Qol.az "Onde Cero"ya istinadən xəbər verir ki, o, Madrid klubunun prezidenti Florentino Peresin bu qərarı verməsində əsas rolunun olduğunu bildirib: “Həmin vaxt mənimlə əlaqə saxlayan bir neçə klub var idi: “Barselona”, “Mançester Yunayted”, “İnter”. Amma mən "Real"ı seçdim.
Həmçinin oxuyun: 13 ildən sonra "Lion"un 1 milyonluq qazancı
Dostlarımla vaxt keçirdiyimi xatırlayıram. Ailəm və agentim mənə zəng edib dedilər ki, tez evə getməliyəm, danışmalıyıq. Onlara vaxtım olmadığını dedim, onlar mənə dedilər ki, “sən gəlməlisən, Florentino Peres buradadır”.
Peres mənə dedi: "Sən dünyanın ən yaxşısı olacaqsan və buna nail ola biləcəyin yer "Real"dır".
"Real" böyük klubdur. 15 yaşımdan burada oynamaq arzusunda idim. Florentino mənə yaratmaq istədiyi layihə haqqında danışdı. Çox həyəcanlı idi. "Real" azarkeşlərinin oyunçularla xüsusi münasibəti var və mən buna görə onlara çox minnətdaram”.
Qeyd edək ki, Benzema bu il "Qızıl top" mükafatını qazanıb.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi