“Tottenhem”in baş məşqçisi Antonio Konte İngiltərə Premyer Liqasının 12-ci turunun “Mançester Yunayted”lə oyunu öncəsi rəqib futbolçusu Kriştiano Ronaldo haqda danışıb.
Qol.az xəbər verir ki, “goal.com”a açıqlamasında ötən mövsüm “Mançetser Yunayted”lə oyunlarını yada salan italiyalı məşqçi Ronaldonun artıq həmin performansı göstərə bilməyəcəyinə ümid etdiyini deyib:
“Ötən mövsüm bizə qarşı oyunda Ronaldo het-trik etdi. Söhbət inanılmaz oyunçudan, top-futbolçudan gedir. O, oynadığı komandaya dəyər qazandırmağa davam edir. Ronaldoya, onun peşəkarlığına heyranam, amma ümid edirəm ki, o, bu görüşdə keçən mövsümdəki kimi deyil, sakit olacaq. Onda 2:3 hesabı ilə uduzduq, amma “Mançester Yunayted”ə yox, Ronaldoya uduzduq. Həmin matçı çox yaxşı xatırlayıram, çünki biz yaxşı çıxış etmişdik”.
Qeyd edək ki, oktyabrın 19-da keçiriləcək "Mançester Yunayted" - "Tottenhem" matçı Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.
"Şəfa"dan 12-ci transfer
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı
"Bavariya" onunla müqaviləni uzatdı
"Yuventus"un yeni formaları - Şəkillər