"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandanın hücumçusu Erlinq Haalandın hələ də çətinliklərlə üzləşmədiyi barədə fikirlərini bildirib.
Qol.az goal.com-a istinadən xəbər verir ki, o, norveçli oyunçu ilə bağlı deyib: "Erlinq çox çətin anlar yaşayacaq və belə anlarda o, öz-özünə deməlidir: "Yaxşı, növbəti mərhələyə keç". Onun xarakterinə, davranışına heyran qaldıq. Erlinqin hansı keyfiyyətlərə malik olduğunu bilirik, lakin onun çətin anları necə keçdiyini hələ bilmirik.
Həmçinin oxuyun: "Həyatımı Balotelliyə etibar edərdim" - Haaland
Erlinq heç vaxt oyundan kənarda qalmır. Həmişə davam edir. Müəyyən qabiliyyətlərə sahib olduqda və özünüzə inanırsınızsa, hər şey asanlaşır. Haaland həmişə ayıq-sayıqdır, o, lazımi anda, lazımi yerdə olmağa hazır olduğunu açıq şəkildə ifadə edir".
Qeyd edək ki, Haaland bu mövsüm "Mançester Siti" ilə bütün turnirlərdə 12 matçda 20 qol vurub, 3 qolun ötürməsini verib.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi