"Real"ın baş məşqçisi Karlo Ançelotti "Mançester Siti"nin hücumçusu Erlinq Haalandın kluba mümkün keçidi ilə bağlı danışmaq istəməyib.
Qol.az xəbər verir ki, La Liqanın 8-ci turunun "Xetafe" ilə oyunundan əvvəl keçirilən mətbuat konfransında italiyalı mütəxəssisə norveçli hücumçunun müqaviləsində "Real"la bağlı bəndin olması barədə soruşulub. Ancaq Ançelotti bu mümkün transfer barədə danışmaq istəməyib: "Bağışlayın, amma Haaland haqqında şərh verməyəcəyəm".
Qeyd edək ki, Haaland 2022-ci ilin yayında "Borussiya"dan (Dortmund) "Mançester Siti"yə keçib. Hücumçu bu mövsüm klubda 12 oyuna çıxıb, 19 qol vurub və 3 qolun ötürməsini verib. Onun müqaviləsində 2024-cü ilin yayında "Real"a keçə biləcəyi barədə bəndin yer aldığı bildirilir.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı