Bu gün Unibank Premyer Liqasında 19-cu turun oyunları keçirilib. Bu, 2010-cu ildə Azərbaycan çempionatında sonuncu oyunlar olub.
Turun mərkəzi oyunu “Xəzər Lənkəran”la “Qarabağ” arasında baş tutub. Bu turadək lider olan Lənkəran təmsilçisi bu oyunda uğur qazanacağı təqdirdə qeyri-rəsmi də olsa, qış çempionu adını qazanacaqdı. Amma "Qarabağ" Rauf Əliyevin qolları sayəsində "Xəzər Lənkəran"a qalib gəlib. Bununla da ağdamlılar ilk dövrədəki 0:1 hesablı məğlubiyyətin əvəzini çıxa bilib.
Qeyd edək ki, "Xəzər Lənkəran" məğlub olduğundan bu tur "Turan"a qalib gələn "Neftçi" liderliyi geri qaytarıb.
Turun ən önəmli qarşılaşmalarında biri də Qəbələdə son 12 turda məğlubiyyətin nə olduğunu bilməyən yerli komanda ilə uğursuz günlərini keçirən «Bakı» arasında olub. «Bakı» bu oyunda uduzacağı halda ilk altılığa düşmək şansının üstündən demək olar ki, xətt çəkəcəkdi. Amma Jabanın möhtəşəm qolu sayəsində paytaxt təmsilçisi mühüm qələbə qazanmağı bacarıb.
Salyanda "Muğan"la AZAL-ın oyununda isə sensasiya qeydı alınıb. Liderlərin qənimi hesab olunan "Muğan" AZAL-a qalib gəlməyi bacarıb.
23 dekabr (cümə axşamı)
17.00. "Xəzər Lənkəran" - "Qarabağ" - 1:2
Qollar: Rauf Əliyev, 4 (0:1), Alim Qurbanov, 15 (1:1), Rauf Əliyev, 75 (1:2).
Hakimlər: Rövşən Əhmədov, Munis Abdullayev, Azər Əsgərov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Gülağa Cabarov
Lənkəran şəhər stadionu.
16:00. "İnter" - "Gəncə" - 1:0
Qol: İlia Kondelaki, 88 (1:0)
Hakimlər: Ramil Diniyev, Samir Hacıyev, Elman Musayev, Əmrah İbrahimov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Əmir Zamanov
"Şəfa" stadionu.
15.00. "Neftçi" - "Turan" - 2:0
Qollar: Rəşad Abdullayev, 17 (1:0), Emil Mpenza, 35 (2:0)
Hakimlər: Anar Salmanov, Ramiz Əsədov, Aydın Ələkbərov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Şahin Cəfərov
Tofiq Bəhramov adına Respublika stadionu.
13.00. "Qəbələ" - "Bakı" - 0:1
Qol: Jaba, 49 (0:1)
Hakimlər: Elçin Məmmədov, Eldar Nağıbəyov, Roman Vasilyev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov
Qəbələ şəhər stadionu.
49. Jaba akrobatik tullanışla hesabı açır - 0:1
10. "Bakı" qol vursa da, hakim Jabanın oyundankənar vəziyəttə olduğunu bildirərək qeydə almır
13:00. "Muğan" - AZAL - 3:1
Qollar: Vüsal Qarayev, 8 (0:1), Elşən Məmmədov, 27 (1:1), 61 (2:1), Ekrem Hodziç, 70 (3:1)
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Coşqun Həsənov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Murad Məmmədov
Salyan şəhər stadionu.
14.00. "Simurq" - MOİK - 1:1
Qollar: Samir Əliyev, 75 (1:0), Orxan Babayev, 80 (1:1)
Hakimlər: Elnur Muradov, İsgəndər Əliyev, Elşən Acalov, Fuad Həsənov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Səfər Haşımov
Zaqatala şəhər stadionu.
TURNİR CƏDVƏLİ
| 1 | "Neftçi" | 19 | 12 | 5 | 2 | 36-9 | 41 |
| 2 | "Xəzər Lənkəran" | 19 | 12 | 4 | 3 | 23-10 | 40 |
| 3 | AZAL | 19 | 9 | 7 | 3 | 26-14 | 34 |
| 4 | "İnter" | 19 | 10 | 4 | 5 | 17-13 | 34 |
| 5 | "Qarabağ" | 19 | 10 | 3 | 6 | 21-13 | 33 |
| 6 | "Qəbələ" | 19 | 8 | 6 | 5 | 19-10 | 30 |
| 7 | "Bakı" | 19 | 8 | 4 | 7 | 26-20 | 28 |
| 8 | "Gəncə" | 19 | 5 | 7 | 7 | 23-26 | 22 |
| 9 | "Muğan" | 19 | 5 | 5 | 9 | 11-22 | 20 |
| 10 | "Turan" | 19 | 2 | 6 | 11 | 14-28 | 12 |
| 11 | "Simurq" | 19 | 2 | 6 | 11 | 12-28 | 12 |
| 12 | MOİK | 19 | 1 | 3 | 15 | 6-40 | 6 |
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?