"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Viktoriya"nın (Plzen) futbolçusu Tomas Xorıy Çexiya çempionatının 3-cü turunda "Qradets-Kralove"ya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.
Qol.az xəbər verir ki, komandasının ilk qolunun müəllifi olan hücumçu klubun saytına deyib: "Çox çətin matç oldu. İlk hissədə yaxşı oynadıq, hətta qol da vurduq, lakin hissənin sonunda rəqibin bərabərlik qolu bizi bir qədər geri saldı. Sonra uzun müddət qol şansları əldə edə bilmədik. Davamlı təzyiq yaratdıq və yekunda qol vurduq”.
Xorıy "Viktoriya"nın bütün turnirlərdə rəqabət apara biləcək geniş heyətə malik olduğunu söyləyib: "İndiyə qədər yaxşı hazırlaşırıq və irəliləyiş əldə edirik. Liqa və Avropa üçün əsas heyəti təşkil edəcək kifayət qədər keyfiyyətli oyunçularımız var. İnanıram ki, hər iki yarışa yaxşı hazırlaşmışıq”.
Xatırladaq ki, "Qarabağ"la "Viktoriya" arasında ilk oyun avqustun 17-də Bakıda keçiriləcək və saat 20:45-də başlayacaq. Avqustun 23-də Çexiyada oynanılacaq cavab matçı isə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər