Azərbaycan taekvandoçusu Fuad Məhərrəmli (45 kq) Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmə taekvondoçular arasında dünya birinciliyində medal qazanıb.
Qol.az xəbər verir ki, mundialın üçüncü günündə idmançımız mübarizəyə 1/32 finaldan başlayıb. O, ardıcıl olaraq Əhməd Əl-Rababaanı (İordaniya) və Karlo Olyeviçi (Xorvatiya) 2:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Məhərrəmli növbəti mərhələyə döyüş keçirmədən vəsiqə qazanıb. Buna Çin Taypeyindən olan Vey-Juan Vanqın döyüşə çıxmaması səbəb olub. Təmsilçimiz 1/4 finalda qazaxıstanlı Beket Bolatulini sınağa çəkib. Gərgin keçən görüşdən Məhərrəmli qalib ayrılıb - 2:1.
O, 1/2 finalda Minqyu Kimlə (Cənubi Koreya) üz-üzə gəlib və bu dəfə dayanqdan rəqib üstün ayrılıb. Nəticədə Fuad Məhərrəmli dünya birinciliyini üçüncü yerdə başa vurub.
Bu, Azərbaycan yığmasının mundialda qazandığı ikinci medal olub. Məhərrəmlidən öncə Mehdi Budaqlı (33 kq) dünya çempionu tituluna yiyələnib.
Qeyd edək ki, yarışa iyulun 31-də yekun vurulacaq.
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...