“Turan Tovuz” Gürcüstan təlim-məşq toplanışını başa vurub.
Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 2022/23 mövsümü üçün hazırlıqların növbəti mərhələsini Tbilisidə həyata keçirən komanda 10 günlük təlim-məşq toplanışı dövründə 3 yoxlama oyununda qüvvəsini sınayıb. “Merani” (3:1) və “Qaqra”nı (2:1) məğlub edən komanda Tbilisi “Dinamo”suna (0:4) uduzub.
Baş məşqçi Ayxan Abbasov Gürcüstan toplanışını dəyərləndirib: “Bu təlim-məşq toplanışı bizim üçün vacib idi. Yeni formalaşan komandayıq. Çempionatın başlamasına az qalıb. Qısa müddət ərzində Gürcüstan yüksək liqa komandaları ilə oyunlarda futbolçuların bir-birinə uyğunlaşması, səhvlərimizi görmək baxımından çox vacib toplanış oldu. Yüksək tempdə hazırlaşdıq. Kiçik zədələrimiz də oldu, xüsusən Şakir Seyidovun zədələnməsi işlərimizə bir qədər mane oldu. Bütün heyət ideal formaya yaxınlaşmaq üçün istəklə çalışdılar. Bütün futbolçuları sınaqdan keçirmək imkanımız oldu. Heyətdə olan gənc futbolçularımız da güclü rəqiblərə qarşı özlərini müsbət tərəfdən göstərə bildilər. Əlbəttə, belə toplanışlarda nəticə önəmli deyil".
O, çempionat oyunlarının hamı üçün çox çətin keçəcəyini vurğulayıb: "Oturuşmuş heyətə malik rəqiblərlə oynayacağıq. Lakin ümid edirəm ki, layiqli mübarizə aparmağa gücümüz çatacaq. Bu gün Tbilisi toplanışını başa vurub vətənə qayıdırıq. 2 gün istirahətdən sonra Tovuzda yenidən bir araya gəlib “Qəbələ” ilə oyunun hazırlıqlarına başlayacağıq. Komanda 9 ildən sonra Premyer Liqaya vəsiqə qazanıb. Qısa müddətdə bəzi problemlər oldu. Təlim-məşq toplanışının tez bir zamanda təşkil olunmasında klub rəhbərliyinə, şəxsən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədova təşəkkürümü bildirmək istəyirəm. Səbirsizliklə azarkeşlərimizin qarşısında keçirəcəyimiz ev oyunlarını gözləyirik. Hər kəsi səbrli olmağa, bizə güvənməyə və dəstəkləməyə çağırıram".
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...