"Qarabağ" pis komanda ola bilməz" - "Ferenstvaroş"un futbolçusu

"Qarabağ" pis komanda ola bilməz" - "Ferenstvaroş"un futbolçusu
XƏBƏR 30 İyul 2022 / 14:20 7666
-  A +

Macarıstan "Ferenstvaroş"unun futbolçusu Frank Boli Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibləri "Qarabağ" haqda danışıb.

Qol.az xəbər verir ki, o, "Nemzetisport"a müsahibəsində deyib:

"Çempionlar Liqasında asan matçlar yoxdur, “Qarabağ” haqqında hələlik o qədər də məlumatım yoxdur. Amma bilirəm ki, onlar da bizim kimi Çempionlar Liqasının qrup mərhələsində çıxış ediblər. Ona görə də pis komanda ola bilməz.  Bu oyuna düzgün hazırlaşırıq, çərşənbə günü səfərdə oyunumuz var. O vaxta qədər peşəkar heyətdən bütün lazımi məlumatları alacağıq. Amma indi biz  bazar günü "Puşkaş Akademiyası"na qarşı keçiriləcək ölkə çempionatının 1-ci turunun açılış oyununa diqqət yetiririk. Bu, vacib matçdır".

Qeyd edək ki, "Qarabağ"la "Ferentsvaroş" arasında  ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə keçiriləcək. Bu qarşılaşmaya da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) start veriləcək.

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner