Fergüsson yenidən "Mançester Yunayted"də

Fergüsson yenidən "Mançester Yunayted"də
XƏBƏR 30 İyul 2022 / 09:50 6040
-  A +

"Mançester Yunayted"in keçmiş baş məşqçisi Ser Aleks Fergüsson yenidən klub sistemindəki aktiv işinə qayıdacaq.

Qol.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Fergüsson klubun baş direktoru Riçard Arnoldun müşaviri olacaq.  Fergüssona qərarların verilməsində “Mançester Yunayted”in keçmiş kapitanı Brayan Robson, klubun sabiq idman direktoru Con Murtou və keçmiş icraçı direktor Devid Gill kömək edəcəklər.

Xatırladaq ki, Aleks Fergüsson 1986-2013-cü illərdə "Mançester Yunayted"in baş məşqçisi olub. Mütəxəssis Britaniya futbol tarixində ən çox mükafat alan məşqçidir.

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner