"Mançester Siti"də itki: Ən az sentyabra qədər oynamayacaq

"Mançester Siti"də itki: Ən az sentyabra qədər oynamayacaq
XƏBƏR 30 İyul 2022 / 01:00 2610
-  A +

"Mançester Siti"nin futbolçusu Emerik Laport əməliyyat olunub. 

Qol.az ESPN-ə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola açıqlama verib. O. bildirib ki, 28 yaşlı müdafiəçi dizindəki problemə görə əməliyyat olunub və ən az sentyabr ayına qədər yaşıl meydanlara çıxmayacaq: 

“Laport zədəlidir. Əməliyyat olundu. O, ötən mövsüm son bir neçə oyunu zədə ilə keçirdi, inanılmaz səy göstərdi. Amma artıq bacarmadı. Zədə dizlə bağlı olduğu üçün belə anlarda diqqətli olmalısınız. Hər şey yaxşı olarsa, o, sentyabrda qayıdacaq”.

Qeyd edək ki, Laport 2018-ci ildən "şəhərlilər"in formasını geyinir. O, İspaniya millisinin də üzvüdür.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner