"Barselona"nın Kunde ilə müqaviləsinin detalları

"Barselona"nın Kunde ilə müqaviləsinin detalları
XƏBƏR 30 İyul 2022 / 00:40 2659
-  A +

"Barselona" yeni transferi Jül Kunde ilə imzalanan müqavilənin detallarını açıqlayıb. 

Qol.az klubun saytına istinadən xəbər verir ki, tərəflər 5 illik sözləşməyə qol çəkiblər. 23 yaşlı müdafiəçinin keçidi "Barselona"ya 50 milyon avroya başa gəlib. Həmçinin futbolçunun müqaviləsində 1 milyard avroluq təzminat məbləği də qeyd olunub.

Kataloniya təmsilçisi avqustun 1-də Kundeni ictimaiyyətə təqdim edəcək. 

Xatırladaq ki, Kunde "Barselona"ya "Sevilya"dan keçib. O, 2019-cu ildən bu komandada oynayırdı.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner