"Sumqayıt" son İran çempionuna uduzdu

"Sumqayıt" son  İran çempionuna uduzdu
XƏBƏR 29 İyul 2022 / 02:00 4675
-  A +

2022/23 mövsümü üçün hazırlıqlarını Türkiyənin Ankara şəhərində davam etdirən “Sumqayıt” FK dünən sözügedən ölkədə sonuncu yoxlama oyununu keçirib. 

Qol.az xəbər verir ki, Aleksey Baqanın baş məşqçisi olduğu komanda son İran çempionu “İstiqlal”la üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, bu gün keçiriləcək bərpa məşqi ilə “Sumqayıt” FK 2022/23 mövsümü üçün hazırlıq prosesinin 2-ci mərhələsini yekunlaşdıracaq. Komanda 30 iyul tarixində Vətənə qayıdacaq.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner